BAĞIŞLANMA İLƏ ŞƏFAƏTİN ƏLAQƏSİ
Mьəllif: admin1
Tarix: 15-01-2017, 20:02
BAĞIŞLANMA İLƏ ŞƏFAƏTİN ƏLAQƏSİ

Allahın rəhmət cərəyanlarının heç birinin qanunsuz həyata keçməsi mümkün deyil.
Allahın bağışlamasının şəfaətlə nə əlaqəsi vardır?

Allahın bağışlaması Onun digər bütün rəhmətləri kimi qanun və sistemə malikdir. Varlıqlar arasında olan fərqlər onların vücudlarının zərurətlərindəndir. Eləcə də varlıqlar arasında olan fərqlər şərti deyil, onların zati zərurətlərindəndir, yəni onların mahiyyət və vücudlarının tələblərindəndir. Həmin fərqlərin olmaması, eyni ilə onların özlərinin olmaması deməkdir və onların vücudunu da fərqlərsiz fərz etmək qeyri-əqli bir şeydir.
Allahın rəhmət cərəyanlarının heç birinin qanunsuz həyata keçməsi mümkün deyil. Buna görə də Allahın bağışlaması da kamil ruhlar, peyğəmbərlər və övliyaların böyük ruhları vasitəsi ilə günahkarlara çatmalıdır və bu, dünyanın qanuna malik olmasının zərurətlərindəndir. Vəhy rəhməti vasitəsiz həyata keçmədiyi və bütün insanlar Allah tərəfindən peyğəmbərliyə təyin edilmədikləri və həmçinin digər heç bir rəhmət vasitəsiz gerçəkləşmədiyi kimi, bağışlanma rəhmətinin də vasitəsiz həyata keçməsi mümkün deyil.
Əgər əlimizdə şəfaət barəsində nəql edilmiş heç bir dəlil olmasaydı, biz ən şərəfli məxluqun olmasının mümkünlüyü və varlığın qanuna malik olması kimi əqli yollar və qəti dəlillərlə ona qail olmalı idik.
Möhkəm əqli əsaslar, Allahın bağışlama rəhmətini qəbul edən şəxsi, bağışlama cərəyanının ümumi əql və ya ümumi ruh, yəni tam ilahi vilayətə malik əql və ruh yolu ilə həyata keçməsini demək məcburiyyətində qoyur. İlahi feyz və lütfün varlıqlara qanun və hesabsız çatması mümkün deyil.
Amma xoşbəxtlikdən Quran bizə burada da kömək edib. Biz İslam rəvayətləri, xüsusilə şiələrin mötəbər və yüksək səviyyəli hədislərində Peyğəmbər və imamların vilayətləri və imanın sonrakı dərəcələrdəki insanlırın məqamları barəsindəki mətləbləri həmin Quran ayələrinə artırmaqla belə bir nəticə əldə edirik ki, bağışlama vasitəsi təkcə bir ümumi ruh deyil, bəlkə ümumi və cüzi bəşəri ruhlar, malik olduqları müxtəlif məqamlara uyğun olaraq şəfaət payına malikdirlər. Bu İslam və Quranın ən mühüm təlimlərindən biridir ki, yalnız müqəddəs şiə məktəbində imamlar və onların şagirdləri tərəfindən yaxşı izah edilib. Buna görə də bu məsələ şiə məktəbinin fəxr etdiyi məsələlərdəndir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031