Müqəddəs Ərdəbilinin Həzrəti Musaya (ə) cavabı
Mьəllif: admin1
Tarix: 15-10-2023, 10:44
Müqəddəs Ərdəbilinin Həzrəti Musaya (ə) cavabı
Əhməd ibni Muhəmməd Ərdəbili – Müqəddəs Ərdəbili adı ilə məşhur olan 10-cu hicri əsrinin ən böyük alimlərindəndir. Bu, o böyük alimdir ki, “Məalim”in sahibi ondan elm öyrənmiş və hədis nəql etmək üçün icazə istəmişdir.

Əllamə Məclisi onun haqqında buyurur: “Nəfsinin, təqvasının, zahidliyinin müqəddəsliyində son həddə çatmışdı. Görkəmli alimlər və dahi şəxsiyyətlər arasında onun kimisinin sorağını almamışdım”.

O, çox təvazökar bir insan idi və şagirlərinin arasında özünü çox kiçik tutardı. Onlara çox ehtiram göstərərdi. Təlim və tədrisdəki ixlası dillər əzbəri idi.

Bu böyük alim bir gecə yuxuda Həzrət Peyğəmbəri (s) görür ki, Həzrət Musa (ə) da orada əyləşmişdi. Həzrət Musa (ə) Peyğəmbərə (s) sual verir ki, bu kişi kimdir?

Peyğəmbər (s) buyurur: Özündən soruş.

Həzrət Musa (ə) Müqəddəs Ərdəbilidən soruşur: “Sən kimsən?”. Alim cavab verir: “Mən Əhmədəm, Muhəmmədin oğlu, Ərdəbil əhlindənəm. Filan küçədə və filan evdə yaşayıram”.

Həzrət Musa (ə) təəccüb edir və deyir: “Mən sənin ancaq adını soruşdum və bu dediklərin nə üçündür?”.

Alim cavabında deyir: “Aləmlərin Allahı sizə sual verəndə ki, sənin əlində olan şey nədir, bəs niyə bu qədər ətraflı cavab verdiniz?”. ““Ey Musa, sağ əlindəki nədir?”

Dedi: “Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var”. (“Taha” 17-18).

Həzrət Musa (ə) Peyğəmbərə (s) deyir: “Düz deyirsən ki, mənim ümmətimin alimləri Bəni İsrayilin peyğəmbərləri kimidir”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930