Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Mьəllif: admin1
Tarix: 5-01-2022, 21:59
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Biz insanların yerinə yetirdikləri hər bir əməl, aləmdə olan hadisələr kimi səbəb və nəticəyə malikdir. Ona görə də bir işin köklərinə diqqət etmək istəyiriksə, gərək onu yaxşı tanıyaq və ondan sonra ona mane olan amilləri aradan qaldırmağa qalxaq.

Başa düşək ki, biz nə üçün ibadət edirik və bu ibadətin bizə nə faydaları vardır? Ümimiyyətlə ibadət nədir?

Bütün bu sualları cavablandırdıqdan sonra, yolumuzun üzərində olan maneələri tanımağa çalışmalıyıq.

Bu maneələrin bəziləri ilə tanış olsaq, onları rahat aradan qaldıra bilərik. O cümlədən:

1. İnsanın günahları, kiçik olsa belə, ibadətdəki tövfiqini aradan apara bilir. Günah qara ləkə kimidir ki, qəlbin nurani səhifəsində əyləşər. Hər nə qədər bu ləkə böyüyərsə, qəlbin qaralığı artar və insanın ibadətə meyli azalar.

2. İnsanın dünya işlərinə qərq olması və dünyaya bağlılığı ibadət tövfiqini ondan alar.

3. Bəzən də nalayiq insanlarla dostluq etmək insanı ibadətə qarşı meyilsiz edər.

İnsan yadda saxlamalıdır ki, bu həyatı ancaq bir dəfə yaşayır, ona görə də bu həyatda məğlub olmuş insanların təcrübələrinə diqqət etməlidir. Başqa sözlə desək, onların həyatından ibrətlər götürməlidir.

Dahi alimlər deyirlər: tək yol ki, insanı peşman etməz, tək eşq ki, məğlub olmaz, tək yol ki, sonu yoxdur – Allahın yoludur.

Ona görə də hər bir mömin əgər ibadətlərində müti və hüzurlu olmaq istəyirsə, gərək ilk növbədə yolunun üzərində olan maneələri aradan qaldırsın. Etdiyi səhvlərdən peşman olsun, qəti qərara gəlsin ki, onları aradan qaldıracaqdır. Səhvlərini düzəltmək üçün əzm və iradəsi olsun. Özünü mühasibə etsin, səhvlərini düzəldib-düzəltməməsini fiksə etsin.

İnsan hər zaman ibadət etdikdə, insan özünü Allahın hüzurunda bilməlidir. Özünə təlqin etməlidir ki, Allahla ünsiyyətdədir. Çalışıb ibadətin sözlərinə və etdiklərinə diqqət etməlidir. Diqqətinin yayınmamasını təmin etməlidir. Fikri harasa yayınırsa, dərhal yerinə qaytarmalıdır, orada qalmamalıdır.

İbadətin əvvəlindən axırınadək çalışıb fikrini təmərküz etməlidir. Daxilində bir mütilik ab-havası yaratmalı, Uca Yaradanın hüzurunda durduğunu özünə daim xatırlatmalıdır.

Bundan sonra Allaha diqqət edərək, ibadətlərindən ləzzət almağa başlayacaqdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031