Möminin qəlbi Rəhmanın ərşidir
Mьəllif: admin1
Tarix: 14-07-2021, 23:47
Möminin qəlbi Rəhmanın ərşidir
Həzrət Sadiq (ə) buyurur: «Ey Cündəb oğlu, dostluğun və düşmənçiliyin Allah xatirinə olsun».

Yəni əməl və rəftarından əlavə qəlbinə aid olan sevgi və ikrahın da Allah üçün olsun. Dostluq və düşmənçiliyinlə Allahın razılığını qazan.

Bəli, bu olduqca çətin işdir. Amma insan elə bir kamillik mərtəbəsinə çatmalıdır ki, onun sevgisi və kini ilahi rəngə boyansın.

İnsan istər dostluq, istərsə də düşmənçilik edərkən Allahı unutmamalıdır. Bu mərtəbəyə Allahın yardımı olmadan çatmaq qeyri-mümkündür.

Çox az insanlar bu məqama nail olmuşlar. Amma bu o qədər uca məqamdır ki, ona çatmaq üçün min bir əziyyətə qatlaşmağa dəyər.

Məhəbbətin Allah xatirinə olması o demək deyil ki, insan Allahdan başqasını sevməməlidir. İnsan öz ata-anasını, ailə-övladını, vətənini sevə bilər və sevməlidir.

Amma bütün bu sevgilər böyük bir məhəbbətin işığına möhtacdır və bu, ilahi məhəbbətdir. «İsra» surəsinin 23-cü ayəsində buyurulur: «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılığı buyurmuşdur».

«Loğman» surəsinin 14-cü ayəsində isə belə buyurulur: «Biz insana ata-anasına yaxşılıq etməyi tapşırdıq».

Ərlə arvad, dostla qohumlar arasındakı məhəbbət də insanı Allaha yaxınlaşdırmalıdır. İnsan Əhli-beyti də Allaha görə sevməlidir.

Allah-təala Əhli-beyt sevgisinə işarə ilə buyurur: «(Ya Peyğəmbər) De ki, mən sizdən təbliğimin müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm».
(«Şura» surəsi, ayə 23.)

Əgər Allah Əhli-beyti sevməsəydi, bəndələrin Əhli-beyti sevməsinə ehtiyac qalmazdı.

«Möminin qəlbi Rəhmanın ərşidir» buyuruğu haqqında danışdığımız məhəbbətə nail olmuş insanlara aiddir.

Qəlbində min bir nəfs istəyi tüğyan edən insan bu məqamdan necə də uzaqdır!


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930