Allah yanında böyük dəyərə sahib olan iki damcı
İnsanın əməlinə dəyər verən o əməlin xalisliyi və onda olan ixlasdır. Qurani-kərimdə “lillah”, “Fi Səbilillah” ifadələri çoxlu sayda keçibdir. Bu, əməllərin yalnız Allah üçün və Allah yolunda yerinə yetirilməsini vurğulayır.
Dünya tarixində döyüş meydanlarında çoxlu miqdarda qanlar tökülüb, amma Allah yolunda tökülən bir damcı qanın dəyəri pərvərdigar üçün çox önəm daşıyır. Allah bu bir damcı qana görə onu şəhid adlandırar və onu ülvi məqama çatdırar. Eləcə də gecə ikən heç kimin xəbəri olmayan halda Allah qarşısında bir damla göz yaşı axıtmaq. İmam Səccad buyurub: “Bu iki damcıdan Allah üçün sevimli damcı yoxdur. Allah yolunda bir damcı qan və gecənin qaranlığında Allaha xatır bir damcı göz yaşı.” (əl-Xisal, cild-1, səh-50) Məryəm surəsinin 85-ci ayəsində buyurulub: “Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.” Buna görədir ki İmam Əli Allah yolunda göz yaşı axıtmağı belə təqdir edir: “Allahın qorxusundan ağlamaq, rəhmətin açarıdır” Oxşar xəbərlər
|