İmam Rzanın (ə) şəhadətinə şahid olan insan – Əba Sələt Hərəvi
Mьəllif: admin1
Tarix: 16-09-2023, 12:34
İmam Rzanın (ə) şəhadətinə şahid olan insan – Əba Sələt Hərəvi
Əbdül-Səlam ibni Saleh, Xəvacə Əba Sələt Hərəvi adı ilə məşhur olaraq, İmam Rzanın (ə) yaxın səhabələrindən biri olmuşdur ki, öz dövrünün ən məhşur mühəddislərindən sayılır.

Əba Sələt İmam Rzanın (ə) Xorasana gəlişindən sonra bu diyara gələrək, İmamın (ə) xidmətində olmuşdur. Əba Sələt Həzrət Peyğəmbərin (s) Əhli-Beytinə (ə) aşiq bir insan idi, xüsusilə də İmam Rzaya (ə). İmamın (ə) o qədər yaxın insanı olur ki, sirlərindən xəbərdar olan tək şəxs sayılır.

Hədislərdə biz də bunun şahidi oluruq ki, İmam Rza (ə) Əba Sələtə xüsusi dəyər verir və onu özünə yaxın bilirdi. Getdiyi məclislərin əksər hissəsində Əba Sələt də iştirak etmişdir. İmam (ə) ona çoxlu nəsihətlər verir və şəxsiyyətini yetişdirirdi.

Bu insan öz dövründə Həzrət Peyğəmbər (s) və Əhli-Beytdən (ə) gələn hədisləri nəql edən mühəddis kimi məşhur idi. Əba Sələt İmam Rzanın (ə) vəfatı ilə bağlı kitab yazır ki, Nəccaşi Rəcali bu kitabın adını çəkmişdir. İbni Babuyə ondan “Uyuni əxbari Rza” kitabında istifadə etmişdir.

İmamın (ə) şəhadətinə tək şahid bir insan kimi, Əba Sələtin bu kitabı 5 və 6-cı əsrə qədər Əhli-Beyt (ə) alimləri tərəfindən dəyərli bir xəbər kimi istifadə olunmuşdur.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930