MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ
Ərəb ədəbiyyatında “nifaq” sözü gizlətmək, küfr etmək və zahirdə imanlı olmaq mənasını bildirir. Qurani-Kərimdə də zahirdə İslamı qəbul edib, batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılmışdır. (Əqidədə yaranan) Bu nifaq əməldə, aşağıdakı xüsusiyyətlərə malikdir: Münafiqlərin siyasi xüsusiyyətləri: 1-Biganələrlə dostluq etmək. (“Mücadilə” surəsi, ayə: 14.) 2-Vilayət məqamından üz çevirmək. (“Nur” surəsi, ayə: 47-48.) a) Dini hökuməti qəbul etməmək. (“Nisa” surəsi, ayə: 60-61; “Münafiqun” surəsi, ayə: 7.) b) Vilayət göstərişlərinin (əməli olaraq) əksinə çıxmaq. (“Nur” surəsi, ayə: 62-63.) 3-Fürsətdən istifadə etmək. (“Nisa” surəsi, ayə: 141; “Əhzab” surəsi, ayə: 19-20.) 4-Möminləri təhqir etmək. (“Hud” surəsi, ayə: 27; “Şüəra” surəsi, ayə: 111; “Tövbə” surəsi, ayə: 79.) 5-Fitnə-fəsad törətmək. (“Tövbə” surəsi, ayə: 47-48.) 6-Psixoloji qalmaqal yaratmaq. (“Əhzab” surəsi, ayə: 13.) 7-Günahları yozmaq. (“Nisa” surəsi, ayə: 62-63.) Münafiqlərin psixoloji xüsusiyyətləri: 1-Özünü böyük görmək. (“Münafiqun” surəsi, ayə: 5; “Bəqərə” surəsi, ayə: 206.) 2-Qorxu içində olmaq. (“Əhzab” surəsi, ayə: 8-35.) 3-İztirab və həyəcan içində olmaq. (“Tövbə” surəsi, ayə: 56 və 64.) 4-İnadkarlıq. (“Bəqərə” surəsi, ayə: 18; “Əraf” surəsi, ayə: 179.) 5-Mənəvi süstlük. (“Nisa” surəsi, ayə: 108 və 142; “Tövbə” surəsi, ayə: 54.) 6-Nəfsani istəklərə uymaq. (“Mühəmməd” surəsi, ayə: 16.) Münafiqlərin əxlaqi xüsusiyyətləri: 1-Özlərini göstərmək: a) Yalan danışmaq və riya. (“Münafiqun” surəsi, ayə: 1; “Bəqərə” surəsi, ayə: 11-12.) b) Yalan and. (“Münafiqun” surəsi, ayə: 2; “Tövbə” surəsi, ayə: 56.) v) Özlərinin yanlış üslublarını yozmaq. (“Tövbə” surəsi, ayə: 42.) q) Zahirlərinə fikir vermək. (“Münafiqun” surəsi, ayə: 2; “Bəqərə” surəsi, ayə: 204.) d) Yalan vədələr vermək. (“Tövbə” surəsi, ayə: 75-77.) 2-Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq. (“Əhzab” surəsi, ayə: 12; “Ali-İmran” surəsi, ayə: 154.) Münafiqlərin ictimai xüsusiyyətləri: 1-İman və islahat şüarları. (“Nur” surəsi, ayə: 47.) 2-İnsanları yaxşı işlərdən yayındırıb, çirkin işlərə dəvət etmək. (“Tövbə” surəsi, ayə: 67.) 3-Paxıllıq etmək. (“Tövbə” surəsi, ayə: 67; “Əhzab” surəsi, ayə: 19; “Münafiqun” surəsi, ayə: 7.) 4-Möminlərdə eyb axtarıb, onları istehza etmək. (“Bəqərə” surəsi, ayə: 14; “Tövbə” surəsi, ayə: 79.) 5-Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək. (“Ali-İmran” surəsi, ayə: 120; “Nisa” surəsi, ayə: 72; “Tövbə” surəsi, ayə: 50.) 6-Kin-küdurət saxlamaq. (“Ali-İmran” surəsi, ayə: 118.) Oxşar xəbərlər
|