Mömin üçün ən münasib və əlverişli hansı fəsildir?
Mьəllif: admin1
Tarix: 14-01-2022, 22:03
Mömin üçün ən münasib və əlverişli hansı fəsildir?
Hədislərə əsasən möminin baharı qış fəslidir.

İmam Sadiq (ə) buyurub: Qış möminin baharıdır. Onun gecələri uzundur ki bundan gecə ibadəti üçün yardım ala bilər. Həmçinin gündüzləri qısadır ki, oruc tutmaq üçün münasibdir.” (Əmali Səduq, səh-137)

Allahın Elçisi (s) buyurub: “Qış orucu mömin üçün göydən düşən qənimətdir” (Məanil-Əxbar, səh-272)

Amma bu o demək deyil ki mömin qışda yalnız ibadətə, gündüzləri oruca gecələri isə namaza sərf etməlidir.

Yaxud da bunun anlamı o deyil ki mömin yayda vacib edilən ibadətin miqdarını azalda bilər.

Bu, həmçinin o anlamda deyil ki, mömin həyatı boyu ibadətlə məşğlu olub və insanlara xidməti kənara qoysun.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930