Məfzəl kim idi?
Mьəllif: admin1
Tarix: 5-06-2022, 10:45
Məfzəl kim idi?

Məfzəl İmam Sadiqin (ə) və İmam Kazımın (ə) şagirdlərindən olmuş və Əhli-Beytin (ə) yanında xüsusi məqama malik olmuşdur. O, İmam Sadiqin (ə) Kufədəki xüsusi nüməyəndəsi idi və İmama (ə) aid olan malla Əhli-Beyt (ə) davamçılarının çətinliklərini həll edirdi.

Bu böyük insan İmam Sadiqin (ə) sirdaşı idi. İmam (ə) onunla dörd gün dalbadal tövhid barəsində söhbətlər etmiş və göstəriş vermişdir ki, onları yazsın, sonra da insanlar arasında yaysın.

İmam (ə) bu uzun söhbətinin sonunda buyurmuşdu: "Ey Məfzəl! Nə zaman istəsən get-gəl ki, sən bizim yoldaşımızsan. Sənin bizim yanımızda məqamın böyükdür. Sənin möminlərin qəlbindəki yerin – təşnə adam üçün su kimidir”.

Məfzəl o insan idi ki, İmam Sadiqdən (ə) və İmam Kazımdan (ə) gələn hədislərin bir çoxunu nəql etmişdir.

Hədislərin birində İmam Sadiq (ə) Məfzələ demişdir: "Nə zaman görsən ki, bizim Əhli-Beyt (ə) davamçılarından ikisinin arasında mal üzərində dava və ya münaqişə baş verir, sən özün onu mənim malımdan ödə”.

Məfzəl o insan idi ki, İmama (ə) aid olan mal onun əlində idi və bu da onu göstərir ki, İmamın (ə) ən yaxın və əmin insanlarından olmuşdur.

İmam Rza (ə) buyurur: "Məfzəl mənim həmdəmimdir və onun yanında rahatlıq hiss edirəm”.

Nəql edilir ki, bir gün Məfzəl İmam Sadiqin (ə) xidmətinə gəlir və Həzrət (ə) onu görən zaman sevinir və mübarək çöhrəsində təbəssüm görünür.

Ona buyurur: "Ey Məfzəl! Allahıma and olsun ki, mən səni sevirəm və hər kim ki, səni sevir, onu da sevirəm. Ey Məfzəl! Əgər mənim dostlarımdan hamısı sənin bildiklərini bilsəydilər, heç bir zaman onlardan iki nəfəri bir-biri ilə dava etməzdilər”.

Məfzəl cavabında deyir: "Ey Allah Rəsulunun oğlu! Güman edirəm ki, siz məni öz məqamımdan daha uca məqamda qərar verdiniz” . İmam (ə) buyurur: "Mən səni o məqamda qərar verdim ki, Allah Təala qərar vermişdir”.

Məfzəl İmam Kazımın (ə) da ən yaxın səhabələrindən olmuşdur. Hişam ibn Əhmər nəql edir: "Bir gün bir malı yeddinci İmamın (ə) xidmətinə aparmışdım. Həzrət (ə) mənə buyurdu: "Onları Məfzələ təhvil ver”. Mən də Məfzəlin evinə getdim və evinin önündə yükləri boşaltdım”.

Nəticədə deyə bilərik ki, bu mömin insan sirr saxlamağı bacaran və təqvalı bir insan olmuşdur ki, üç böyük İmamın (ə) sevgisini qazanmış və onlara aid olan malların məsuliyyətini öz əhdəsinə götürmüşdür. Çünki çox əmin bir insan olmuşdur.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031