Zahidin qaziyə nəsihəti
Mьəllif: admin1
Tarix: 18-01-2022, 10:53
Zahidin qaziyə nəsihəti

Bir zahid qaziyə (hakimə) deyir: Mən istərdim sən bu vəzifədən uzaq olasan. Lakin indi ki, bunu öz öhdənə almısan, onda səkkiz şeyə riayət et:

1. Danlaqdan qorxma.

2. Tərifə ürək bağlama.

3. İşdən çıxarılmaqdan qorxma.

4. Hökmü bilsən də məşvərət etməkdən imtina etmə.

5. Haqq sənə məlum olsa, onu bəyan etməkdən ötrü bir an da yubanma.

6. Qəzəbli halda qəzavət etmə (hökm çıxarma).

7. Nəfsi istəklərə uyma.

8. Nə qədər ki, münaqişə tərəflərinin hər ikisi hazır olmayıb, bir tərəfə qulaq asma.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031