Fərəcin intizarı nədir?
İmam Zaman ağa (ə.f) – Quran ayələrinin bariz nümunəsidir. Allah Təala onu Quranda bəşərə nicat verən kimi tanıtmışdır.
“Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata)imam, (yer üzünə) varis edək”. (“Qəsəs” 5). Quranla yanaşı, əgər bütün dinlərin mənbələrinə nəzər salsaq, görərik ki, orada da bəşərə nicat verəsək bir xilasedicidən söhbət açılır. Hətta Zərdüşt dinində belə, Suşinasın gələcəyindən və bəşəri xilas edəcəyindən xəbər verilmişdir. “Suşinas” sözü zərdüşt dinində “xilas edən” mənasında işlənmişdir. Bu dinin nəzərinə görə, Suşinas son insan olacaqdır ki, gələcək və Zərdüştə nicat verəcəkdir. Aləmi pak edəcək və bu zaman Qiyamət bərpa olacaqdır. Ona görə deyə bilərik ki, hər bir dinin davamçısı bir gün həmin xilasedicinin gələcəyinə inanır və ona yəqinliyi vardır. İmam Zaman ağanın (ə.f) gəlişinə inam bəsləməyin özünün də bərəkətləri vardır ki, onlarla tanış olaq: 1. Nəfsini tərbiyə etmək. Xilasedənin intizarında olmaq insanın ruh və canını tərbiyə etməsində təsirli qüvvəyə malikdir. Belə ki, insanı nəfsini islah etməyə vadar edər və tərbiyə edər. Çünki insan zühura hazır olmalıdır ki, zühur baş versin. Əgər bu həqiqəti dərk edərsə, nəfsi ilə davamlı olaraq mübarizədə olar. 2. Danışığına və rəftarına diqqət edər. Hər kim İmamın (ə.f) gəlişinə inanar, özünü cəmiyyətdə də, ailədə də kontrol etməyi bacarar. Çalışar ki, danışığına və rəftarına diqqət etsin və səhvlər etməsin. İslami əxlaqa riayət edər və onu əməllərində təzahür etdirər. İmam Həsən Əsgəri (ə) buyurur: “Fərəcin intizarı səbir, xoş söhbət, xoş əxlaqla birlikdədir”. 3. Pislikdən qaçmaq, yaxşılıqla bəzənmək. İntizarda olan insan günahdan və nalayiq əməllərdən çəkinər və özünü gözəl əməlləri ilə İmama (ə.f) yaxınlaşdırar. O zaman ki, İmam (ə.f) Şeyx Mufid ilə görüşür, zühurunun gecikməsinin səbəbini cəmiyyətdə günahların çox olması ilə bağlayır. Nəzərə alaq ki, günah və rəzil sifətlər elə bir virusdur ki, insanın mərifətini və fitri istedadlarını yandıra bilir. Belə bir insan o yerə gəlib çatır ki, Allahı inkar edir. İnsanı zamanının İmamından (ə.f) uzaqlaşdırır və zühurun baş verməsini gecikdirir. /Deyerler.org/ Oxşar xəbərlər
|