İNSAN GƏRƏK KİÇİK GÜNAHLARDAN QAFİL OLMASIN
Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən. İmam Sadiq (ələyhissəlam) öz hədislərinin birində buyurur: İslam Peyğəmbəri (s) öz səhabələri ilə birlikdə səfərə çıxmışdı. Səfər zamanı onlar susuz və quru səhraya çatdılar. Peyğəmbər (s) öz səhabələrindən çör-çöp yığmaqlarını istədi. «Bura boş bir səhradır və yığılmağa heç bir şey gözə dəymir»-deyə səhabələr Peyğəmbərə (s) xitab etdilər. Peyğəmbər (s) buyurdu: Gedin və bacardığınız qədər yığın. Onlardan hər birisi bir az quru çöp tapıb Peyğəmbərin (s) hüzuruna gətirdilər. Peyğəmbər (s) bu səhnəni gördükdə buyurdu: «Günahlar da bu cür bir-birinin üstünə cəmləşir». Sonra o həzrət buyurdu: «Kiçik günahlardan qorunun. Çünki onların hamısı (Allah mələkləri tərəfindən) yazılıb saxlanılır». Başqa bir hədisdə İmam Sadiq (ələyhissəlam) buyurur: Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən. Oxşar xəbərlər
|