Ali-Məhəmmədə məhəbbət və düşmənlik haqqında 11 hədis
Həzrət Peyğəmbər (s) buyurur: Bilin!
1. Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd budur ki, bu məhəbbət özünü əməldə və haqqa itaətdə də göstərsin). 2. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, bağışlanmış halda dünyadan gedər. 3. Hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölsə, tövbəkar kimi dünyadan gedər. 4. Hər kəs Ali- Məhəmməd (ə) məhəbbəti ilə ölsə, kamil imanlı mömin kimi dünyadan gedər. 5. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, ölüm mələkləri, Nəkir və Münkər ona cənnət müjdəsi verər. 6. Hər kəs Ali-Məhəmməd məhəbbəti ilə dünyadan getsə, Allah onun qəbrinə behiştdən bir qapı açar. 7. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə dünyadan getsə, qəbri rəhmət mələklərinin ziyarətgahına çevrilər. 8. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, sünnədən və cəmaatdan (yəni, İslam ümmətindən) ayrılmamış halda dünyadan getmiş hesab olunar. 9. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə, Qiyamət günü alnına belə yazılar: “Allahın rəhmətindən naümiddir”. 10. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə, kafir olaraq dünyadan gedib. 11. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz. Oxşar xəbərlər
|