ALLAHA YAXINLIQ MƏQAMININ YOLU
İmam Sadiqin (ə) nəsihətlərindən
Bu məqama çatmaq üçün Allahıtanıma, Ona iman elə bir səviyyədə olmalıdır ki, insan Allahın razılığını hər şeydən üstün tutsun. Bu məqama çatmaq üçün elə bu dünyadaca hazırlıq görülməlidir. Dünya məhəbbəti, nəfs istəkləri bizi bu məqsəddən uzaqlaşdıra bilər. Bu məqamı arzulayan insan ömrün hər dəqiqəsini qiymətli bilib məqsədi yolunda çalışmalıdır. Çoxları hər şeyə hazır olsa da ali məqama çatmağın yolunu tapa bilmir. İmam Sadiq (ə) Allahla yaxınlıq məqamına çatmaq istəyənlərə yol göstərir: «Cəlal sahibi olan Allahınla yaxınlıq istəyirsənsə xəlq olunmuşlar arasında Allaha ən yaxın olmağa çalış, heyvani alçaq məqamdan uzaqlaş, möminlər arasında yüksəlib elə bir məqama çat ki, bu məqam yaranmışlar üçün son yüksəklik olsun. Dünyanı sənin nəzərində xar edəcək bir iş gör». Həzrətin buyuruğundan məlum olur ki, təkamül yolunda insan üçün ən böyük maneə dünyadır. Dünyaya məşğul qəlb hara, Allah eşqi hara? Dünya bər-bəzəyinə könül verdikcə kamillikdən uzaqlaşan insan üçün Allahla yaxınlıq əlçatmazdır. Oxşar xəbərlər
|