Namazı yüngül hesab etməyin gətirdiyi 15 pis nəticə
Mьəllif: admin1
Tarix: 1-03-2021, 10:55
Namazı yüngül hesab etməyin gətirdiyi 15 pis nəticə
Namaz - din xeyməsinin sütunudur. İmam Sadiq (ə) namazı küfrlə iman arasındakı sərhəd hesab edir. Ona görə də hər kim din adında olan xeyməni inşa etmək istəsə, gərək onun sütunu haqqında da düşünsün.

Ustad Mütəhhəri yazır: "Böyük günahlardan biri - namazı yüngül hesab etməkdir. Namaz qılmamaq - böyük günahdır. Namaz qılmaq, ancaq ona diqqət etməmək də başqa bir günahdır.

İmam Sadiq (ə) şəhid olan zaman Əbu Bəsir Ümmi Həmidənin yanına gəlir. Xanım ağlayırdı. Əbu Bəsir kor idi və o da ağlayır.

Ümmi Həmidə ona deyir: "Əbu Bəsir! İmamın (ə) son anlarını görmədin. Qəribə bir hadisə baş verdi. İmam (ə) elə bir halda idi ki, təxminən qəşş etmişdi.

Sonra gözlərini açıb buyurdu: "Bütün qohumlarıma deyin, gəlsinlər”.

Biz də İmamın (ə) sözünə itaət etdik və hamını dəvət etdik. Hamı toplaşdı və İmam (ə) ömrünün son dəqiqələrində gözünü açdı və üzünü cəmiyyətə tutub bu bir cümləni dedi: "Bizim şəfaətimiz namazı yüngül hesab edənlərə şamil olmayacaqdır”. Bunu dedi və can verdi”.

Həzrət Zəhra (s.ə) Peyğəmbərə (s) sual verir: "O kəs ki, namazını yüngül hesab edər, istər kişi olsun, istərsə də qadın - onlara nə olacaqdır?”.

Həzrət (s) buyurdu: "Ya Fatimə! O kəs ki, namazını yüngül hesab edər, istər qadın olsun, istərsə də kişi - Allah onu 15 sifətə düçar edər. Altısı dünya həyatında, üçü ölüm zamanı, üçü qəbirdə, üçü də Qiyamət günü qəbirdən qalxan zaman.

Ancaq dünyada olan altı sifət: biri budur ki, Allah bərəkəti ömründən alar. İnsan bilməz ki, nə edir.

Ancaq elə insanlar vardır ki, ömürləri bərəkətlidir və yaxşı ibadət edir və çoxlu xidmət edirlər. Məqsəd ömrün uzun olması deyildir, məqsəd bərəkətli olmasıdır.

İkinci sifət budur ki, ruzisindən də bərəkət alınar. Ruzidə bərəkət də o deməkdir ki, ruzin çox da olsa, az da olsa, bərəkəti olmaz.

Üçüncüsü - Allah salehlərin simasını ondan alar. Salehlərin siması xüsusi simadır və bunu zövq əhli başa düşür. Bunu ancaq ürəklə dərk etmək olar. Bu zahiri gözəllik deyildir, elə bir gözəllikdir ki, zövq əhli onu dərk edər.

Dördüncüsü yerinə yetirdiyi hər əmələ görə: xeyir və ibadət əməlinə görə ona əcr verilməz.

Beşincisi odur ki, duası qəbul olmaz.

Altıncısı salehlərin duasından bəhrəsiz olar.

Bu altı sifət o kəslərə şamil olar ki, namazı yüngül hesab edərlər. Bəs namazı yüngül hesab etmək nədir? Bəziləri deyir ki, namazı əvvəl vaxtda qılmamaq, ədəbinə riayət etməmək, tələm-tələsik qılmaq...

Ölüm zamanı ona çatan üç şey:

Birincisi budur ki, ölümü alçaldıcı olar.

İkincisi budur ki, ölüm anında ac olar və bu aclıq dünyəvi aclıq deyildir. İnsanlar o zaman ki, bərzəxə yollanarlar, bu aclıq və susuzluq başlayar və sonralar Qiyamət günü davam edər. Bu, dünyada olan aclıq kimi deyildir.

Üçüncüsü budur ki, ölüm zamanı susuz olar.

Qəbirdə və bərzəx aləmində ona çatan üç şey:

Birincisi budur ki, Allah mələyi vəzifələndirər ki, qəbirdə ona əzab versin.

İkincisi budur ki, qəbir aləmi onun üçün dar olar.

Üçüncüsü budur ki, qəbir aləmi zülmətli olar.

Qiyamət günü ona çatan üç şey:

Birincisi budur ki, Allah mələyi vəzifələndirər ki, onu üzü üstə aparsın.

İkincisi budur ki, hesab zamanı şiddətli hesab çəkərlər.

Üçüncüsü budur ki, Allah ona nəzər etməz, onun üçün ağrılı əzab vardır.

Allah Təala bizləri namazı yüngül hesab etməyənlərdən qərar versin.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930