Mirasın həqiqi sahiblərinin tanıtımı
Mьəllif: admin1
Tarix: 28-01-2017, 07:27
Mirasın həqiqi sahiblərinin tanıtımı
Allah Təala Quranda buyurur: “Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq”. (“Ənbiya” 47).

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur ki, ədalət tərəzisi deyildikdə, İlahi peyğəmbərlər (ə) və onların vəsiləri nəzərdə tutulmuşdur.
Quranda buyurulur: “Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə)göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və(mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik”. (“Hədid” 25).

Bu ayə buyurur ki, biz peyğəmbərlərimizi (ə) ona görə göndərmişik ki, insanlara ədalətə və insafa əməl etməyi öyrətsinlər. İlahi peyğəmbərlərin (ə) əsil vəzifələri bu idi ki, insanları ədalətə vadar etməsinlər. Onları elə tərbiyə etsinlər ki, özləri ədalətə əməl etmək üçün həvəsli olsunlar. Zülm və nalayiq əməllər onların gözündə mənfur olsun. Peyğəmbərlər (ə) gəldilər ki, bəşərin ağlını azad etsinlər və nəfsani istəklərin əsarətindən xilas etsinlər.

Miras deyildikdə, Peyğəmbərin (s) bizlərə miras qoyub getdiyi İmamlar (ə) və Quran nəzərdə tutulur. Əgər itrət olarsa, Quran həqiqi mənasına qovuşar. İtrətsiz Quranın faydası olmaz.

Quran mirasın həqiqi sahiblərinin xüsusiyyətlərini özündə bəyan edir. “De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir”. (“Rəd” 43).

Bu ayənin də söylədiyi kimi, ancaq İlahi peyğəmbərin (ə) ədaləti bərpa etmək üçün gəlməsi kifayət deyildir, miras və tərəzi də olmalıdır ki, ümmət üçün nümunə olsun. Bir çox təfsir və hədis kitablarının buyurduğuna görə, bu ayə İmam Əliyə (ə) işarə edir. Peyğəmbərin (s) səhabəsi olan Əbu Səyid Xədəri nəql edir: “Peyğəmbərin (s) xidmətinə gedən zaman dedim: “Bu ayədə (“Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi”. (“Nəml” 40)) məqsəd kimdir?”.
Buyurdu: “Məqsəd qardaşım Süleyman ibni Davudun (ə) vəziri Asəf ibni Bərxiyadır”. Dedim: “Bəs “Rəd” surəsinin 43-cü ayəsindəki məqsəd kimdir?”. Buyurdu: “Qardaşım Əlidir (ə)”.

“Rəhman” surəsinin 7, 8, 9-cu ayələrində tərəzidən söhbət açılır və İmam Rzanın (ə) nəzərinə görə, bu tərəzi İmam Əlidir (ə). Əllamə Məclisinin nəzərinə görə isə
“Ənbiya” surəsinin 47-ci ayəsi İmam Əliyə (ə) və onun pak övladlarına nisbət verilir.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Quran ancaq miras olan zaman çiçəklənə bilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930