Ölənlərimizin bizim üzərimizdə hansı haqları var?
Mьəllif: admin1
Tarix: 8-01-2022, 11:17
Ölənlərimizin bizim üzərimizdə hansı haqları var?
Həzrət Peyğəmbər (s) buyurur: “Hər cümə möminlərin ruhları evlərinin qarşısına gələr və hər biri hüznlü səslə və göz yaşları ilə fəryad çəkərlər: “Ey mənim əhlim və övladlarım! Ey mənim atam və anam! Ey qohumlarım! Bizə mehribanlıq edin və o şeyi ki, biz sizin üçün qoymuşuq – bizim üçün bir dirhəmi və ya bir parça çörəyi, ya paltarı hədiyyə edin və xeyir iş görün ki, Allah bizə behişt libaslarından geyindirsin”.

Hər bir ölənin yaxınlarının boynunda haqları vardır ki, onlarla tanış olaq:

1. Qüslünə, kəfənlənməsinə, dəfninə diqqət etmək. Ölənin yaxınlarının vəzifəsidir ki, ona düzgün qüsl verilməsinə, düzgün kəfənlənməsinə və dəfn edilməsinə diqqət etsinlər və yanlışlara yol verməsinlər.

2. Göz yaşlarını kontrol etsinlər. O zaman ki, Həzrət Peyğəmbər (s) oğlu İbrahimi dəfn edir, göz yaşı tökür və bəziləri bununla bağlı Həzrətə (s) sual verirlər.

Bu zaman Peyğəmbər (s) buyurur: “Gözüm ağlayır və qəlbim qəmgindir. Ancaq heç bir zaman elə söz demirəm və elə bir iş görmürəm ki, Allahı qəzəbləndirsin”.

3. Qəbrin ilk gecəsində qılınan namaz. Dinimiz ölən üçün ilk ölən gecədə vəhşət namazı qılmağı tövsiyə etmişdir ki, onun əzablarının yüngülləşməsinə səbəb olar. Yaxşı olar ki, bu namazı işa namazından sonra qılasan.

4. Haqqullahı və haqqun-nası əda etmək. Ola bilsin ki, ölən insanın dini vacibatlarından qəzaları qalmışdır və ya Allahın xüms-zəkatla bağlı haqqını ödəməmişdir.

Varislərin boynundadır ki, onları əda etsinlər. Ya əgər kiminsə haqqını zay edibdirsə, ondan halallıq almalıdırlar. Adətən yas məclislərində insanlardan halallıq alınır ki, bu da ölənə axirətdə yardım edər.

5. Rəddi-məzalım. Rəddi-məzalım əslində haqqun-nasın bir növüdür. Ancaq bu zaman borc aldığı və ya malını zay etdiyi insanın kim olduğu məchul olar.

Ona görə də yaxşı olar ki, ölünün varisləri və ya yaxınları onun adına ehsanlar versinlər və ümumi xeyir işlərində onların adından infaqları etsinlər.

6. Məzarlarını ziyarət etmək. İmam Əli (ə) buyurur: “Ölülərinizi ziyarət edin. Çünki onlar sizin ziyarətlərinizlə şad olarlar”.

7. Dua və istiğfar. İmam Sadiq (ə) buyurur: “O müsəlman ki, saleh əməli meyitin niyyəti ilə yerinə yetirər, onun savabı (onun üçün) iki bərabər olar. Allah meyiti də bu əməldən bəhrələndirər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930