Bir hədisi üçün 16 cild kitab oxuyan ayətullah
Mьəllif: admin1
Tarix: 30-01-2024, 10:30
Bir hədisi üçün 16 cild kitab oxuyan ayətullah
Biharul-Ənvar, Təfsir əl-Mizan, əl-Ğədir kimi əsərlərin səmərəliliyi və bərəkəti onların müəlliflərinin mənəvi halətləri ilə sıx şəkildə bağlıdır.

Mənəvi halət səmərəliliyi ilə seçilən əsərlərin ərsəyə gətirilməsi üçün müəlliflərinə möhkəm və sınmaz iradə bəxş edir. Onların bu dönməzliyi nəticəsində məşhur əsərlər ərsəyə gəlir. Belə alimlərdən hazırki dövrdə də var.

Bu sahədə hazırda həyatda olan Ayətullah Safi Gülpayeqanini (d.t: 1297 h.ş) misal çəkmək olar. Bu müctəhidin ərəb və fars dilində ümumilkdə 80 əsəri var. İmam Zaman(ə.f) haqda yazdığı “Müntəxəbul-Əsər”əsərini xüsusilə qeyd etmək olar.

Ayətullah Safi Gülpayeqani deyir: “Bir hədisin mətni və sənədini tapmaq üçün “Tarix Bağdad” əsərinin 16 cildini əvvəldən axıra qədər mütaliə etdim”.

Müctəhidin ömrünü islama sərf etməsi təkcə əsər yazmaqla münhəsir olmayıb. Ayətullah Safi nadir müctəhidlərdəndir ki, İranda inqilab olandan sonra ölkədə “Xubriqan Məclisi”nin üzvlüyündə və “Nəzarət Şurası”nın katibliyi kimi vəzifələrdə məsuliyyət sahibi olub.
/İslaminSesi.info/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031