Dünyanın 25 xəzinəsi İmam Sadiqin (ə) bəyanında
![]() 1- Cənnəti axtardım, onu səxavətli olmaqda tapdım. 2- Sağlamlığı və xöşbəxtliyi axtardım, onu güşənişin (ifrat dərəcədə olmamaq şərtilə) olmaqda tapdım. 3- Qiyamətin tərəzisində (lehimə) ağırlığı axtardım, onu, La İlahə İlləlah və Məhəmməd Rəsulullah, şəhadətində tapdım. 4- Cənnətə tez daxil olmağın yolunu axtardım, onu Allaha xatir əməl etməkdə gördüm. 5- Ölümü sevməyin yolunu axtardım, onu Allaha xatir maddi kömək etməkdə gördüm. 6- İbadətin şirinliyini axtardım, onu günahı tərk etməkdə tapdım. 7- Ürəyin yumşaqlığı yolunu axtardım, onu aclıq və susuzluq çəkməkdə tapdım. 8- Qəlbin nuraniləşməsini axtardım, onu təfəkkürdə və ağlamaqda tapdım. 9- Siratdan keçməyin yolunu axtardım, onu sədəqə verməkdə tapdım. 10- Simanın nuraniliyini istədim, onu gecə namazında tapdım. 11- Ən fəzilətli cihadı axtardım, onu ailə üçün ruzi qazanmaqda gördüm. 12- Allahın dostluğunu axtardım, onu günah əhli ilə qətiyyətli olmaqda gördüm. 13- Ağalığı və rəhbərliyi axtardım, onu Allah bəndələrinə nəsihətlər verməkdə tapdım. 14- Qəlbin rahatlığını axtardım, onu mal-dövlətin azlığında gördüm. 15- İşlərimdə möhkəmliyin yolunu axtardım, onu səbr etməkdə tapdım. 16- Şərəfi axtardım, onu elmdə tapdım. 17- İbadəti axtardım, onu təqvada tapdım. 18- Rahatlıq axtardım onu zahidlikdə tapdım. 19- Ücalıq axtardım onu təvazökarlıqda tapdım. 20- İzzət və başucalığı axtardım, onu doğruluqda tapdım. 21- Təvazökarlıq və yumşaqlıq axtardım, onu orucda tapdım. 22- Ehtiyacsızlıq axtardım, onu qənaət etməkdə tapdım. 23- Ünsiyyəti axtardım, onu Quran qiraət etməkdə tapdım. 24- Camaatla qaynıyıb-qarşımağın yolunu axtardım, onu yaxşı əxlaqda gördüm. 25- Allahın razılığını axtardım, onu valideynə hörmət etməkdə tapdım. (Müstədrək-Vəsail, cild-14, səh-234) Oxşar xəbərlər
|