Zühurundan öncə peyda olan Şueyb ibni Saleh kimdir?
Mьəllif: admin1
Tarix: 17-10-2019, 10:53
Zühurundan öncə peyda olan Şueyb ibni Saleh kimdir?
İmam Zamanın (ə.f) zühurundan öncə sərkərdə kimi çıxış edən Şueyb ibni Saleh Səmərqəndəndir və əcdadları Bəni-Təmim qəbiləsindəndir. Bu sərkərdənin və onun rəhbəri Xorasaninin işi İmam Zamanın (ə.f) zühuruna şərait yaradan amillərdən biridir.

Şueyb ibni Saleh və ya Saleh ibni Şueyb İmam Zamanın (ə.f) zühur etməsindən az öncə (bəzi fikirlərə və hesablamalara görə 72 ay öncə) peyda olar.

Həm əhli-sünnə və həm də şiə mənbələrində İmam Zamanın (ə.f) zühurundan öncə, Xorasani adlı bir rəhbərin qiyam etməsi və bu qiyamla İmamın (ə.f) zühuruna şərait yaratması və dəstək verməsindən söz açılır. Xorasani Şueyb ibni Salehi öz ordusunun sərkərdəsi təyin edər.

Hədislərdə Xorasaninin soyu haqda deyilənlər bunu göstərir ki, o İmam Əlinin (ə) nəslindən, Şueyb ibni Saleh isə Bəni-Təmim qəbiləsindəndir.

Bəzi rəvayətlərdə Şueyb ibni Salehin Səmərqəndən olduğu, bəzilərində isə Reydən (İranın mərkəzi hissəsi) olduğu bildirilir.

Şueyb ibni Salehin zahiri əlamətlərinə gəldikdə isə onun nisbətən sarışın olduğu və nazik uzun saqqala malik olduğu deyilir.

Araşdırmaçı alim Şeyx Cəlaluddin əs-Səğirin sözlərinə görə Şueyb ibni Saleh adlı şəxsin İmam Zamanın (ə.f) zühurundan öncə qiyam etməsi və haradan qiyam etməsi haqda şiə mənbələrində hədislər barmaq sayı qədər gəlib ki onların yalnız ikisinin sənədi mötəbərdir. (Dəlailul-İmamə, səh-257 və Ğeybət ən-Numani, 262, fəsil-14, hədis- 12 )

Amma Şueyb ibni Salehin qiyam edəcəyi haqda sünni mənbələrində kifayət qədər çoxlu rəvayətlər var. Lakin Şueyb ibni Salehin zahiri əlamətləri və hansı zamanda peyda olması haqda gələn rəvayətlərdə çoxlu təzadlar var. Bu isə o deməkdir ki Şueyb ibni Salehin gələcəkdəki mövcudluğu qaçılmazdır.



/İslaminSesi.info/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031