İnsan hər gün 3 müsibətlə üzləşir
Bir şəxs İmam Zeynül-Abidinın (ə) yanına gəlib, məişətdə və yaşayışında üzləşdiyi problemlərdən şikayətlənməyə başladı.
İmam onu dinlədikdən sonra buyurdu: Bu biçarə Adəm övladı hər gün 3 müsibətlə üzləşir, amma heç birindən ibrət dərsi almır. Əgər o ibrət alsaydı həyatının problemləri ona asan gələrdi. -Birinci müsibət budur ki, ömründən azalır. Əmlakında və varında bir zərər-ziyan olarsa narahat olar. O anlamır ki həmin azalan mal-mülk bir gün qayıda bilər, amma ömür qayıtmayacaq. -O hər gün ruzisini yeyir. Ruzisi halal olsa gərək hesabını versin, haram olsa da hesabını verəcək, amma cəza çəkməklə. -İmam daha sonra buyurdu: Üçüncü hər ikisindən daha mühümdür. Deyildi: Ey İmam o nədir? İmam buyurdu: O gününü sona çatdırır və bir addım daha axirətə yaxınlaşır. Amma bilmir ki cənnət istiqamətdə gedir ya cəhənnəm. (Biharul-Ənvar, cild-78, səh-160) Oxşar xəbərlər
|