Hətta sənin sirrini açanın da sirrini açma
"Ey iman gətirənlər! Zənn və gümanların çoxundan çəkinin. Çünki gümanların bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) Arayıb-axtarmayın, bir-birinizin qeybətini etməyin. Məgər sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Həmin işə ikrahla baxdınız. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edən və mehribandır". ("Hucurat" 12). İmam Əli (ə) buyurub: "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə. Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə". Allahın Peyğəmbəri (s) buyurub: "Məclislər əmanətdir və qardaşının sirrini faş etmək xəyanətdir. Bu işdən çəkin və yaxın qohumlarla əyləşməkdən (qohumluq təsübkeşliyindən) uzaq ol". Allahın Peyğəmbəri (s) buyurub: "Din qardaşının sirrini ifşa etmək xəyanətdir. Buna görə bu işdən uzaqlaş". İmam Kazim (ə) buyurub: "Allahın ərşinin kölgəsindən başqa bir kölgə olmayan gün, üç nəfər Allahın ərşinin kölgəsində olacaq: öz müsəlman qardaşını evləndirən, ya ona xidmət edən, ya da onun sirrini gizlədən şəxs". İmam Rza (ə) buyurub: "Mömində bu üç xislət olmasa, mömin olmaz. Bir xislət öz Rəbbindən, bir xislət peyğəmbərindən və bir xislət də öz vəlisindəndir. Rəbbinin xisləti – sirr saxlamaqdır. Allah-taala buyurmuşdur: "Qeybi və sirri biləndir. Bəyəndiyi peyğəmbərdən başqa heç kəsi Öz sirrindən, qeybindən agah etməz”. Oxşar xəbərlər
|