O kəslər ki, qarınları ilə imtahana çəkilərlər
Quranda yemək və qarın insanlar üçün İlahi imtahanın vasitələri kimi tanıdılmışdır. O cümlədən: 1. Həzrət Adəmlə (ə) Həvva üçün. “Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız»”. (“Bəqərə” 35). 2. Bəni-İsrayil üçün şənbə günü balıq tutmaq. “Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular)”. (“Bəqərə” 65). 3. Bəni-İsrayilin sərkərdələrindən biri əsgərlərinə əmr edir ki, çayın suyundan içməsinlər. Ancaq onlar içirlər. “Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: «Həqiqətən, Allah sizi bir çay ilə imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, məndən deyil və kim ondan içməsə - məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da məndəndir). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər”. (“Bəqərə” 249). 4. Oruc tutmaq özü böyük İlahi imtahandır. (Həvzəh) 5. Hacılar ehram halında olanda ov ovlamamalıdır. “Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz və nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər və sizə yaxınlaşsınlar)”. (“Maidə” 94). Oxşar xəbərlər
|