İmam Zamanın (ə.f) evi haradadır?
Həzrət İmam Zaman ağa (ə.f) ilə bağlı gizli sirlərdən biri də o Həzrətin (ə.f) yaşadığı məkandır. İmamın (ə.f) intizarını çəkənlər bilmək istəyirlər ki, İmam (ə.f) dünyanın hansı nöqtəsində sakin olur. O əzizin evi haradadır?
Kiçik qeyb zamanı. Hədislərdən belə görünür ki, Həzrət (ə.f) kiçik qeyb zamanında iki yerdə sakin olmuşdur: İraqda və Mədinədə. İmam Sadiq (ə) buyurur: “Qaim (ə.f) üçün iki qeyb vardır: biri - qısa və o birisi isə uzundur. Birinci qeybdə heç kəs onun yerini bilməz, onun xüsusi davamçılarılarından başqa”. Belə görünür ki, İmamın (ə) buyurduğu xüsusi davamçılar - həmin naiblərdir. Hədislərin bir çoxu buyurur ki, Həzrət (ə.f) Mədinədə olmuşdur. Lakin öz naibləri ilə rabitə qurmaq üçün ömrünün bir hissəsini İraqda keçirtmişdir. Böyük qeyb zamanı. Əllamə Məclisi Əli ibni Fazildən bir hekayə nəql edir ki, İmamın (ə.f) Xəzra adasında yaşadığına işarə edir. Baxmayaraq ki, Əli bu adada İmamla (ə.f) görüşə bilməmişdir, lakin övladı ilə görüşüb ondan məlumat toplamışdı. Bəziləri isə belə güman edir ki, İmamın (ə.f) yaşadığı yer - Bermud üçbucağıdır. Deyirlər ki, çünki bu yerə heç kəs gedib çıxa bilmir. Hər nə qədər ora getməyə cəhd edilibsə də, nəticəsiz qalmışdır. Heç kəs İmamın (ə.f) yaşadığı yeri dəqiq bilmir. İmam Sadiqin (ə) buyurduğuna görə, İmam Zaman ağanın (ə.f) hər il gəldiyi yer - Ərəfat səhrasıdır. İmam (ə.f) hər il həcc əyyamında Ərəfata gəlir. İmam Sadiq (ə) buyurur: “O zaman gəlib çatacaqdır ki, insanlar zəmanələrinin İmamını görməyəcəklər. İmam isə həcc mərasimində onları görəcək. Lakin onlar onu görməyi bacarmazlar”. Böyük alimlərin əksər hissəsi İmamı (ə.f) Kufədə, Nəcəfdə, Kərbəlada, Mədinədə, Məkkədə və müqqədəs şəhərlərdə ziyarət etmişdilər. Hədislərin dediyinə görə, İmam elə yerdə sakindir ki, insanlardan uzaq olan dağlar və səhralardadır. İmam Zaman ağa (ə.f) özü Əli ibni Mehziyara xitab edərək buyurmuşdu: “Ey Mehziyarın oğlu! Atam, Əbu Muhəmməd (ə) məndən əhd alıb ki, Allahın qəzəbləndiyi, lənət etdiyi və intizarında ağırlı əzabın olduğu millətlə yoldaş olmayım. Mənə əmr vermişdir ki, sakin olmaq üçün dağları və quru diyarları və uzaq yerləri seçim”. İmam Sadiq (ə) buyurur: “Heç kəs – istər dost və istər biganə - onun yerindən agah olmaz. O xidmətçidən savayı ki, işlərini görər”. Başqa bir hədisdə isə İmam Sadiq (ə) Əbu Bəsirə buyurur: “Ey Əba Muhəmməd! Sanki Həzrət Qaimin (ə.f) Səhlə məscidinə gəldiyini görürəm ki, həyat yoldaşı və övladları ilə orada sakin olmuşdur”. Soruşdum: “Səhlə məscidi onun yaşadığı yerdir?”. Həzrət (ə) buyurdu: “Bu məscid İdrisin (ə) mənzlidir. Allah peyğəmbərini məbus etməmişdir, məgər o halda ki, orada namaz qılar”. Oxşar xəbərlər
|