İmam Əlinin (ə) uzun-uzadı dua edən kişiyə tövsiyəsi
Əllamə Məclisi Biharul-ənvar əsərində (cild-94, səh-242) uzun-uzadı dua edən kişi haqda bu hədisi gətirib:
Bir gün İmam Əli əlində bir yazını tutub uzun-uzadı dua oxuyan kişi gördü. İmam ona dedi: A kişi çoxu eşidən aza da cavab verər. Kişi dedi: Bəs mən nə edim ey ağam? İmam buyurdu: Bu duanı oxu: “əl-Həmdulillahi əla kulli nimətin və əsəlullahə min kulli xəyrin və əuzu billahi min kulli şərrin və əstəğfirullahə min kulli zənbin” Tərcüməsi: “Bütün nemətlər görə şükür olsun Allaha! Ondan bütün xeyirlərdən istəyirəm. Bütün şər işlərdən Allaha sığınıram. Bütün günahlarıma görə ondan bağışlanmağımı diləyirəm.” Oxşar xəbərlər
|