Bu gün İran İslam İnqilabının ildönümüdür
Mьəllif: admin1
Tarix: 11-02-2023, 10:44
Bu gün İran İslam İnqilabının ildönümüdür
Ayətullah Ruhullah Musəvi Xomeyninin başçılığı ilə 1979-cu ilin fevralında baş tutan inqilab əsrlərlə İrana hakim kəsilmiş şahlıq rejiminə son qoydu və dünyada iki güc qütbünün yəni kommunizmlə və kapitalizmin ciddi rəqibi olaraq meydana gəldi.

1979-cu ilin 11 fevral (12 bəhmən - h.ş) günü 15 il sürgündə qalmış Ayətullah Ruhullah Musəvi Xomeyninin Tehrana enməsi gününə təsadüf edib.

13 bəhməndə Tehrana gələn Ayətullah Musəvi Xomeyni (r.ə) onu qarşılayan saysız-hesabsız iranlılar qarşısında və 300 xarici jurnalsitin qarşısında ilk çıxışını edərək, dövlət təyin etdiyini elan edib.

15 bəhməndə İranın Hava Qüvvələrinin bir qərargahı Ayətullah Musəvi Xomeynini (r.ə) dəstəklədiklərini bəyan etdilər. Həmçinin bu gündə Ayətullah Mərəşi Nəcəfi və Seyyid Məhəmməd Baqir Sədr ona təbrik teleqramması göndərdilər.

Həmin gündə Tehranın meri Ayətullah Musəvi Xomeyni (r.ə) qarşısında istefa verdi. Lakin Ayətullah Musəvi Xomeyni (r.ə) yenidən onu bu vəzifəyə təyin etdi.

Ayətullah Musəvi Xomeyni (r.ə) 16 bəhməndə Mehdi Bazərqanı yeni dövlətin baş naziri vəzifəsinə seçdi. Bu gündə rejimin dəyişməsi üçün ümumxalq referendumun keçiriləcəyi elan edildi.

17 bəhmən günündə İranın o zamankı Şura Məclisi tərəfindən rejimin kəşfiyyat xidməti yəni Savak ləğv edildi.

19 bəhməndə Tehranın və İran tarixində ən böyük aksiya baş tutdu. Kütləvi aksiyanın son bəyanatında Ayətullah Musəvi Xomeyninin (r.ə) təyin etdiyi baş nazirin səlahiyyəti təsdiqləndi və şah Pəhləvinin baş nazirinin kənarlaşdırılması tələb olundu.

20-21 bəhmən günləri isə Ayətullah Musəvi Xomeynini dəstəkləyən 100 minlərlə aksiyaçılarla Şah rejiminin Milli Qvardıyası arasında qanlı qarşıdurmanın şahidi oldu.

Ayətullah Ruhullah Musəvi Xomeyni (r.ə) cihad fətvası verəcəyi ilə təhdid etdi. Bəzi polis məntəqələri xalq qüvvələri tərəfindən ələ keçirildi.

22 bəhmən günündə həbsxanalar, parlament, polis mərkəzləri, Teleradio binası və digər dövlət dairələri xalq qüvvələrinin nəzarətinə keçdi.

Bu gündə İran Silahlı Qüvvələrinin Baş Qərargahı inqilabla bağlı bitərəf olduğunu elan etdi. Bundan sonra İranda şah rejiminin devrilməsi və inqilabın qələbə çalması rəsmən elan edildi.

Artıq 44 ildir ki, Bu günlər hər il İranda qeyd edilir. Bu inqilab dünyada müsəlman xalqların və azlıqların ürəyində yeni ümid ocağı yaratdı. Eyni zamanda dünyanın iki qüdrət qütbü üçün ciddi rəqib kimi meydana atıldı.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031