Həzrət Fatimənin (s.ə) üzüyünə hansı zikr yazılmışdı
Həzrət Fatimeyi-Zəhranın həyatından bəhs edən müasir və qiymətli “Fatemeye Zəhra şademaniye dele Peyambər” əsərində (səh-902) O həzrətin üzüyünün xüsusiyyətləri haqda bəzi hədislər gətirilibdir.
İlk növbədə qeyd etmək lazımdır ki, dini baxışda üzüklərin vurulması sırf bəzək-düzək hədəfi daşımır. Burada məqsəd üzüklərin üzərində olan zikrlərin Allahı insana xatırlaması, üzüklərdə yerləşdirilən zikrlərin və hirzlərin insanı mənəvi və fiziki baxımdan qoruması və sair hədəflər nəzərdə tutula bilər. Hədislərə görə Fatimeyi Zəhranın üzüyü gümüşdən olub. Hədislərə əsasən həzrət Fatimənin üzüyünün üzərində “Əminəl-Mutəvəkkilun” (Allaha təvəkkül edənlər təhlükəsizlikdədirlər) zikri həkk olunub. Digər bir hədisə görə isə o həzrətin üzüyünün üzərində “Allahu vəliyyu isməti” (Allah mənim ismətimi qoruyandır) zikri yazılıb. Üçüncü bir hədisə görə isə O həzrətin üzüyünün üzərində “Niməl-Qadiru Allah və Ya Əminəl-Mutəvəkkilun” (Allah necə də gözəl qadirdir və Ona təvəkkul edənlər amandadırlar). Alimlər buyurur ki bu zikrin üzyün üzərində olması onun sahibini qoruyan ən güclü səbəblərdəndir. Sonuncu ehtimalı ortaya qoyan hədisə görə isə, həzrət Fatimənin üzüyünün üzərində eynilə Süleyman Peyğəmbərin üzüyündə həkk olunmuş bu zikr olub: “Subhanə mən əlcəməl-cinnə bi-kəlimatihi” (Pak və münəzzəhdir O Allah ki, kəlmələri ilə cinləri bağlayıb). Oxşar xəbərlər
|