Qiyamət günü Həzrət Fatimənin (s.ə) məqamı
Ayətullah Məzahiri, Həzrət Fatimənin (s.ə) Qiyamət günündə tutacağı məqamı barəsində buyurmuşdur: “Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Qiyamətdə Fatimə (s.ə) Siratdan keçəcəkdir və behiştə daxil olacaqdır.
Çadrasının hissələri Siratda qalacaqdır ki, onun bir hissəsi Zəhranın (s.ə) əlində olacaqdır və bir hissəsi də Qiyamət səhnəsində. Bu zaman Allah tərəfindən olan carçı Siratda toplaşan əvvəldən tutmuş axırıncıya qədər olan xəlqə car çəkər: “Ey Fatiməni (s.ə) sevənlər! Onun çadrasının hissələrindən asılın”. Bu əmrlə Həzrət Zəhranı (s.ə) sevən çox sayda xəlq, Həzrətin (s.ə) çadrasından yapışaraq, behiştə daxil olacaqlar”. Bu nurani hədisə əsasən Həzrət Zəhranın (s.ə) Qiyamət günü çadrası olacaqdır ki, çox hissələri vardır. Behişt əhli də gərək bu çadrasının hissələrindən yapışsın ki, behiştə gedə bilsin. Bu hədisdə çadra deyildikdə, əslində Xanımın (s.ə) şəxsiyyətinə işarə edən bir metafora nəzərdə tutulmuşdur. Ona görə də hədisin həqiqi mənası budur ki, Həzrət Fatimeyi-Zəhra (s.ə) Qiyamət günü üstün şəxsiyyətə malik olacaqdır. O, nəsil bağlarından əlavə, həm də xüsusi dini şəxsiyyətə malikdir. Hər kim bu dünyada Xanımın (s.ə) şəxsiyyətinə uyğun yaşayarsa, Qiyamət günü əməlinin əcri olaraq Həzrətin (s.ə) çadrasına çəng vuranlardan olacaqdır. Xanımla (s.ə) birlikdə behiştə daxil olacaqdır. Çadranın hissələri deyildikdə məqsəd Xanımın (s.ə) imanı, elmi, zahidliyi, səxavəti, fədakarlığı, Həzrətin (s.ə) fəzilətli əxlaqi sifətləridir. Hər kim bu dünyada banunun gözəl sifətlərinə bürünər və sünnətinə əməl edərsə, Qiyamət günü həmin sifətləri sayəsində xilas olar və behiştə daxil olar. Bu hədis bizə demək istəyir ki, hər kim dünyada Həzrət Zəhranı (s.ə) özünə örnək qərar verərsə, dini və ictimai şəxsiyyətində Xanıma (s.ə) bənzəməyə çalışarsa, Qiyamət günü Xanımın (s.ə) şəfaəti ilə behiştə gedə biləcəkdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|