Allah-taala Qiyamət günü bu insanlara rəhm edər
Mьəllif: admin1
Tarix: 22-01-2022, 11:10
Allah-taala Qiyamət günü bu insanlara rəhm edər
Mülayimlik və xoş rəftar olmaq – bəşər üçün ən fəzilətli sifətlərdən hesab olunur. Kobudluq, sərtlik isə dinimizdə şirk və küfr ilə bərabər tutulur.

Mülayimlik və başqalarının dərdinə həmdəm olmaq – təqvalıların nişanələrindəndir.

“Muhəmməd (s) – Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar”. (“Fəth” 29).

“Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq”. (“Hədid” 27).

O kəsin ki, qəlbi yumşaq və əxlaqı gözəl olarsa, hər iki dünyada da xeyir və səadət əhlindən olar. Ancaq o kəs ki, bu fəzilətli sifətdən məhrum olarsa, hər iki dünyada da bədbəxt olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim müsəlmana rəhm etməzsə, Allah da ona rəhm etməz”.

Həzrət Rəsuli-Əkrəm (ə) başqa yerdə buyurur: “Bundan qeyrisi deyildir ki, Allah bəndələri arasından (ancaq) rəhm edənlərə rəhm edər”.

Əmirəl-möminin (ə) buyurur ki, Peyğəmbər (s) buyurmuşdur: “Allah məxluqlarına və bəndələrinə şəfqətli və mehribandır. O kəslərin ki, qəlbləri onlar üçün yanar, Allahın diqqətində qərar tutar və onları sevər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mələklər və əməli qoruyanlar insanın yaxşı və layiqli əməllərini təmtəraq və xüsusi şövkətlə altıncı səmaya çatdırarlar.

Ancaq bu dərəcənin gözətçiləri əmr verərlər ki, dayansınlar. Deyər: Çünki mən rəhmət və şəfqət məmuruyam. Araşdırdıqdan sonra əmr edər ki, onu sahibinin üzünə vursunlar ki, gözləri kor olsun. Çünki sahibinin rəhmi yoxdur.

Əgər Allahın bəndəsi dünya və ya axirət şeyinə giriftar olardısa, ürəyi onun üçün yanmazdı. Bəlkə onu məzəmmət və məsxərə edərdi. Mən ona görə məsulam ki, əməli məndən yuxarı qalxmasın”.

Beləliklə deyə bilərik ki, rəhm etmək və qəlbin yumşaq olması – Allahın sevdiyi sifətlərdəndir ki, ona görə Allah da həmin bəndəsinə qarşı rəhimli və bağışlayan olar.

Müasir dövrün bu keşməkeşli zamanlarında qəlbimizin daşlaşmasına imkan verməyək və insanların qəminə həmdəm olaq, onlara qarşı rəhimli olaq.



(ahliman.info)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930