İmam Əlinin (ə) nəzərində imanın mahiyyəti, əsasları, növləri, həqiqəti, nişanələri
Mьəllif: admin1
Tarix: 11-03-2020, 20:04
İmam Əlinin (ə) nəzərində imanın mahiyyəti, əsasları, növləri, həqiqəti, nişanələri
“Nəhcul-bəlağə” kitabında iman mövzusunun xüsusi əhəmiyyəti vardır. Ondan bəzi nümunələrə işarə edək:

İmanın fəziləti.

“Həqiqətən, Sübhan Allaha yaxın olmaq istəyənlərin təvəssül etdikləri ən yaxşı şey - Allaha və Peyğəmbərə (s) imandır”.

İmanın növləri.

“Bəzi imanlar ürəkdə qərar tutur, bəziləri isə ürəklə sinə arasında”.

İmanın əsasları.

İman dörd əsas üzərində sabitdir: səbir, yəqin, ədalət və cihad. Səbirin dörd şaxəsi vardır: arzusu olmaq, qorxmaq, təvqa, ümid gözü ilə baxmaq. O kəs ki, behişti arzu edər, şəhvəti ürəyində məhv edər.

O kəs ki, cəhənnəmdən qorxar, haram olandan çəkinər. O kəs ki, dünya tələbində olmaz, təvqalıdır, müsibət ona asan olar. O kəs ki, ölümü görər, yaxşı işlərə ilk addım atar.

Yəqin dörd şöbədən ibarətdir: zirəkcəsinə olan bəsirət, alimcəsinə dərk etmək, keçmişdən ibrət götürmək, keçmişdəkilərin yolu ilə getmək.

O kəs ki, zirək görər, hikmət ona aşkar olar. O kəsə ki, hikmət aşkar olar, ibrət götürər. O kəs ki, ibrət götürər, keçmişdəkilərin həyatını nurlu görər.

Ədalətin də dörd şöbəsi vardır: dərin düşüncələrə nəzər salmaq, həqiqəti aşkar edən elm, gözəl hökm vermək, möhkəm səbirli olmaq.

O kəs ki, başa düşər, dərin düşüncəyə çatar. O kəs ki, dərin düşüncəyə çatar, şəriət suvarmağından sirab olar. O kəs ki, səbirli olar, təqsir etməz və insanların arasında gözəl adla yaşayar.

Cihadın dörd şöbəsi vardır: yaxşılığa vadar etmək, pis işdən çəkindirmək, düşmənlə döyüşə sabit olmaq, fasiqlərlə düşmən olmaq. O kəs ki, yaxşı işə vadar edər, möminlərin arxasını sabit edər.

O kəs ki, pis işdən çəkindirər, münafiqlərin burnunu torpağa vurar. O kəs ki, düşmənlə döyüşdə sabitqədəm olar, boynunda olan haqqı əda edər. O kəs ki, fasiqlə düşmən olar, Allah üçün qəzəblənər Allah ona xatir qəzəblənər. Qiyamət günü onu sevindirər.

İmanın həqiqəti.

“İman, ürəklə tanımaq, dildə etiraf etmək, bədənlə əmrə itaət etməkdir”.

İmanın nişanələri.

“Bəndənin imanı düzgün olmaz, məgər Allahın əlində olanlara etimad edər. Bu etimadı öz əlində olanlara etimaddan çox olmalıdır”.

“Möminin şadlığı üzündədir, qəmi ürəyində. Sinəsi hər nə qədər geniş olsa da, nəfəsi xar olar. Üstün olmağı sevməz, öz yaxşılıqlarını başqalarına eşitdirməyi düşmən bilər.

Qəmi uzundur, hümməti uca. Sükutu çoxdur, vaxtı dolu. Şükür edəndir, səbirlidir, düşüncəyə dalar. Ehtiyacını heç kəsə deməz, xasiyyəti aramdır. Nəfsi qranit daşından da möhkəmdir”.

İmanın bəlası.

1. Nəfsani istəkləri olanla yoldaş olmaq.

2. Yalan danışmaq.

3. Həsəd aparmaq.

İmanı gücləndirən amillər.

1. Saleh əməl.

2. Qəlb sağlamlığı.

3. Səbir.

4. Həya.

İmanın nəticəsi.

1. Haqqa qarşı şuhud.

2. Ali maarifi dərk etmə bacarığı.

Allah Təala bizləri imanın həqiqətlərini dərk edənlərdən qərar versin.



Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930