Bu gecə həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsidir
Mьəllif: admin1
Tarix: 7-12-2022, 18:19
Bu gecə həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsidir
Sabah hicri-qəməri tarixi ilə 1438-ci ilin Cumada-Saniyə ayının 3-ü, Məhəmməd Peyğəmbərin (s) özündən sonra yeganə sağ qalan övladı, imamlar anası və onun nəslinin davamçısı Fatimeyi-Zəhranın (s.ə) şəhid olan günüdür.

Həzrət Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə seçilməsindən beş il sonra Həzrəti Fatimə (s.ə) dünyaya göz açıb.

Xanım Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladdır. Belə ki, Həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan yeddi övladının olmasına baxmayaraq, Həzrəti Fatimə (s.ə) istisna olmaqla, onların hamısı Peyğəmbərdən (s) əvvəl vəfat ediblər.

Beləliklə, Peyğəmbərin (s) nəsli Həzrət Fatimənin (s.ə) övladları ilə davam edib.

Xanım Fatimənin (s.ə) uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin şiddətli vaxtına təsadüf edir.

Bu vaxt Həzrət peyğəmbər (s) həyat yoldaşı Həzrət Xədicəni (s.ə) itirir, Fatimeyi-Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır.

Həzrət Fatimə (s.ə) müşriklərin atasına verdikləri əzab-əziyyətləri görür və hiss edirdi. O, belə vaxtlarda daim atasının yanında olur. Məhz buna görə idi ki, Məhəmməd peyğəmbər (s) qızını “Atasının anası” deyə səsləyərdi.

İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni Peyğəmbərin vəfatından cəmi 90 gün sonra Mədinə şəhərində zalımlar tərəfindən şəhid edilir. Həyat yoldaşı İmam Əli (ə) müxaliflər məzarın yerini bilməsinlər deyə, onu gecə ikən dəfn edir.

Məhz buna görə də Həzrət Fatimənin (s.ə) məzarının yeri naməlum olaraq qalır. İmam və Fatimeyi Zəhra məzarın gizli qalması addımı ilə onlara və islama edilən tarixi zülmün həmişə aşkar qalmasını istəyiblər.

Fatimeyi Zəhranın (s.ə) şəhid edildiyi günlə bağlı iki fərqli tarixi versiya mövcuddur. Bu iki fakt onun şəhid edilmə günlərinin 20 gün fərqlə qeyd olunmağına əsas yaradır. Tarixi faktlara əsasən ikinci tarix yəni Cumada-Sani ayının 3-ü daha dəqiq tarixdir.

Bir çox müsəlman ölkələrində bu 20 günü “Fatimiyyə” günləri (Əyyami-Fatimiyyə) kimi qeyd edirlər.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930