Həzrət Zəhranın (s.ə) Fədəkiyyə xütbəsindən seçmələr
Adından göründüyü kimi Fədəkiyyə xütbəsi peyğəmbərin qızına hədiyyə etdiyi Fədək ərazisi ilə bağlıdır. Həzrət Fatimənin (s.ə) bu xütbəsi Peyğəmbər (s) xilafətini və İslam hakimiyyətini onun öz oxu ətrafından uzaqlaşdıran və bununla da 23 illik əziyyəti puç edən şəxslərə qarşı sarsıdıcı bir cavab zərbəsi sayılır.
Xütbədə can və ruhun dərinliklərinə işləyən ahəng xanımın bəlağətli xətib, xitabə işində həyat yoldaşı Əmirəl- möminin Əlinin (ə) tayı olduğunu göstərir. Belə ki, bu alovlu xütbə Əlinin (ə) Nəhcul-bəlağədəki xütbələrinə taydır və onlarla çiyin-çiyinə dayanır. Həzrət Fatimənin Fədəkiyyə xütbəsindən bəzi ibrətamiz hissələri təqdim edirik: O həzrət Qurani-Kərim barədə buyurur: “Aranızda ilahi haqqın gözətçisi, hər birinin əli yetdiyi Allah əhdi-peymanının qoruyucusu və Peyğəmbərin (s) özündən sonra ümməti arasında yadigar qoyduğu şey - Allahın danışan Kitabı və aşkar nur olan sadiq Qurandır. Bu, dəlilləri aydın, batini aşkar, zahiri nur, ona etiqad bəsləyənlər üçün iftixar mənbəyi və eşidənlərini nicat sahilinə yönəldən bir kitabdır. Məhz bu kitabın vasitəsilə Allahın aydın dəlilləri ilə tanış olmaq, (bəndələrə) vacib olan işlərin təfsirini, haram olanların şərhini oxumaq, aydın və kifayət edən dəlilləri, əxlaqi göstərişləri, bəyənilən və caiz olan işləri tapmaq olar.” Fatimeyi-Zəhra bəzi əxlaqi xüsusiyyətlərin və ibadətlərin vacib edilməsi və onların hikməti haqda buyurub: “Allah-Təala, imanı sizin üçün şirkdən paklanma səbəbi, namazı təkəbbürlük və qürrələnməkdən xilas olmaq, zəkatı ruhun təmizlənməsi və ruzinin artması, orucu səmimiyyətin (ixlas) təsbiti vasitəsi, həcci İslam ayininin güclənmək, ədaləti ürəklərin bir-birinə bağlanması, bizə tabeliyi İslam yolunun nizamı, imamlığımızı təfriqə və pərakəndəlikdən amanda qalmaq, cihadı İslamm izzəti, səbir və dözümü gözəl nəticəyə nail olmaq, yaxşılıqlara dəvəti insanların islah olunması, ata və anaya yaxşılıq etməyi Allahın qəzəbinin qarşısını almaq, qohumlarla xoş ünsiyyəti cəmiyyətin və Onun qüdrətinin genişlənməsi, qisası canların qorunması, vəfa etməyi bağışlanmaq, çəkidə aldadaraq az salmağın qarşısını almağı nöqsanlarla mübarizə, şərab içməyi qadağan etməyi çirkinliklərdən paklanma, töhmət vurmaq və nalayiq işləri nisbət verməkdən çəkinməyi Allahın qəzəbi qarşısında sədd olması, oğurluq etməməyi ruhun iffətinin qorunması və şirkin haram edilməsini bəndəliyin və haqqın Rəbb olmasına olan inamın səmimiliyini təmin etmək üçün vasitə qərar verdi.” (Bəlağatun-Nisa, səh-23) Oxşar xəbərlər
|