3 gün küsülü qalan müsəlman, dindən çıxan sayılır
Həzrət Peyğəmbər (s) buyurur: “O iki müsəlman ki, bir-birindən küsər və ya qəzəblənər və bir-birindən ayrılar və üç gün belə olarsa və barışmazlarsa – İslam dininin dairəsindən çıxarlar. Hər hansı ilk sülh edər və danışar, Qiyamət günü daha tez behiştə daxil olar”.
Küsməyin insana vurduğu ziyanlarla tanış olaq: 1. Xusran (ziyana düşar olmaq). “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27). 2. Atəşə layiq olmaq. Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Ey Əbazər! Səni küsməkdən və uzaqlaşmaqdan çəkindirirəm. Hətta əgər çarəsiz olsan belə, qardaşından üç gündən çox uzaq qalma. Hər kim qardaşından uzaq qalan halda ölərsə, atəş ona layiqli olar”. 3. Qatil kimi olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qardaşından bir il küsülü qalarsa, sanki onun qanını tökmüş kimi olar”. Barışmaq. İmam Sadiq (ə) buyurur: “O zamana qədər ki, iki müsəlman küsülü olar, şeytan şad olar, o zaman ki, barışarlar dizləri titrəyər və fəryad çəkər: Vay olsun mənə!”. İmam Əli (ə) vəsiyyətində yazır: “Sizlər və övladlarım və mənim bu yazımın əlinə keçən insanlara – tövsiyə edirəm Allahdan qorxmağı, bir-birinizlə bağışmağı. Mən sizin cəddinizdən eşitmişəm ki, buyurub: “İnsanları bir-biri ilə barışdırmaq – illik namaz və orucdan daha yaxşıdır””. Dinimizdə yalan pis hesab olunsa da insanları barışdıran zaman bəyənilən əməl sayılır. İmam Sadiq (ə) buyurur: “O kəs ki, ara düzəldər, hər nə deyər – yalançı hesab olunmaz”. İmam Əli (ə) buyurur: “Əgər iki nəfəri barışdırmaq üçün ara düzəldən olsam, mənim nəzərimdə iki dinar sədəqə verməkdən daha yaxşıdır”. “Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz”. (“Hucurat” 10). /Deyerler.org/ Oxşar xəbərlər
|