Təvazökarlığın dərəcələri
Mьəllif: admin1
Tarix: 19-03-2023, 11:31
Təvazökarlığın dərəcələri
İmam Rza (ə) buyurur: “Təvazökarlığın dərəcələri vardır: onlardan biri budur ki, insan öz ölçüsünü bilsin. İnsanlarla elə rəftar etsin ki, onunla o cür rəftar edilməsini istəsin. Əgər pislik görsə, ona yaxşılıqla cavab versin. Qəzəbini yatızdırsın və insanlara güzəşt etsin. Allah yaxşı əməl sahiblərini sevir”.

İmam Kazım (ə) buyurur: “Əkin hamar torpaqda cücərər, nəinki sərt daşda. Hikmət təvazökar qəlblərdə yer tutar, nəinki təkəbbürlü qəlblərdə. Allah Təala təvazökarlığı – ağlın, təkəbbürü – cəhalətin vasitəsi qərar vermişdir”.


“Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər”. (“Furqan” 63-64).

İmam Sadiq (ə) buyurur: “Üç şey məhəbbəti ardınca gətirər: dindarlıq, təvazökarlıq, əli və ürəyi açıq olmaq”.

İmam Əli (ə) buyurur: “Üç şey məhəbbətə səbəb olar: gözəl əxlaq, yaxşı yoldaşlıq və təvazökarlıq”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930