Ağıllı insanın gümanı, nadanın əminliyindən daha doğrudur
İmam Əli (ə) buyurub: «Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq asma ki, salamat qalasan».
İmam Əli (ə) buyurub: «Fürsət düşməmiş (bir işdə) tələsmək, fürsət düşdükdə isə lənglik və ahəstəlik – nadanlığın nişanəsidir». İmam Əli (ə) buyurub: «Nadan adamın dostu əziyyət və çətinlikdədir». İmam Kazim (ə) (Hişam ibn Həkəmə tövsiyəsindən): «Ey Hişam! Bəndələr arasında ağıldan üstün heç nə bölünməmişdir. Ağıl sahibinin yuxusu nadanın gecə sübhədək ibadətindən yaxşıdır. Allah yalnız ağıl sahiblərini peyğəmbər seçmişdir ki, ağılı bütün səy göstərənlərin səyindən daha yüksək olsun. Bəndə də Allahdan öyrəndiyi (onu başa düşdüyü və itaətinin zəruriliyini anladığı) Allahın vacibatlarından heç birini kənara qoymaz». Həzrət Peyğəmbər (s) buyurur: “O qəlbdə ki, hikmət yoxdur – viran edilmiş ev kimidir. Ona görə də öyrənin, təlim alın, başa düşün və nadan ölməyin. Həqiqətən Allah nadanlıq üçün bəhanəni qəbul etməz”. İmam Kazim (ə) buyurub: «Alimə elminə görə hörmət et və onunla çarpışma. Nadanı nadanlığına görə kiçik say, ancaq onu özündən qovma. Əksinə, özünə yaxınlaşdır və ona elm öyrət». İmam Əli (ə) buyurub: «Nadanlığın zirvəsi – camaatla düşmənçilikdir». İmam Əli (ə) buyurub: «Ağıllı insanın gümanı, nadanın əminliyindən daha doğrudur». İmam Həsən Əsgəri (ə) buyurub: «Təəccübə görə olmayan gülüş – nadanlıq nişanəsidir». İmam Əli (ə) buyurub: «Nadan, qoca olsa da uşaqdır. Alimsə, yeniyetmə olsa da böyükdür». /Deyerler.org/ Oxşar xəbərlər
|