Amerikalı alimlər namazın insanın sağlamlığına müsbət təsir etdiyini sübut etdi
Mьəllif: admin1
Tarix: 21-12-2019, 11:41
Amerikalı alimlər namazın insanın sağlamlığına müsbət təsir etdiyini sübut etdi
Amerikada yeni aparılan bir araşdırmaya görə, namazdakı fiziki hərəkətlərin düzgün şəkildə edilməsi bel hissəsi və oynaqların möhkəmləndirilməsində konstruktiv rol oynayır.

Aparılan yeni araşdırma zamanı namazın yalnız fiziki gərginliyi azaltmadığı, həmçinin dizlərin düzgün şəkildə açılması, ruku və səcdə edilməsinin kürəyin uyğun bir kliniki müalicə aldığını göstərir.

Bu araşdırma Amerikanın Pensilvaniya ştatında Penn Steyt universitetinin alimlərindən biri tərəfindən həyata keçirilmişdir. O, namazdakı hərəkətlərin yoqada bel ağrısı üçün istifadə edilən məşqlərə bənzədiyini deyib.

Bu araşdırma ilə bağlı "insanın rəqəmsal modelinin istifadə edilməsi üsulu ilə müsəlmanların namaz vaxtı bədən hərəkətlərinin erqonomik fəaliyyəti" başlıqlı bir məqalə Sənaye və Sistem Mühəndisliyi jurnalının son sayında dərc olunub.

Bu araşdırmada hindistanlı, asiyalı və amerikalı sağlam qadın və kişi rəqəmsal modellərinin istifadə edilməsi ilə namazın kürək ağrısı üzərindəki təsirləri təhlil olunmuşdur.

Bu modellərin istifadə edilməsi ilə ortaya çıxan nəticələrə görə, səcdə əsnasında şəxslərin dizlərində oynaqların elastikliyi artır.

Tədqiqatçılar sosial-iqtisadi amillər, həyat tərzi və dini amillərlə fiziki sağlamlığın əlaqəsinin olduğunu açıqlayıblar.

"Namaz fiziki stress və həyacanı aradan aparır. Araşdırmalar namaz qılmağın əzələ və nevroloji xəstəliklərin müalicəsində təsirli kliniki bir müalicə olduğunu göstərir", - deyə alimlər qeyd ediblər.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031