Bəhlul cahil xətibi necə ağıllandırdı
Mьəllif: admin1
Tarix: 10-03-2017, 21:29
Bəhlul cahil xətibi necə ağıllandırdı
Bir gün Bəhlul, bir məscidin önündən keçirmiş və görür ki, xətib insanlara moizə deyir. Dayanır və xətibin sözlərinə qulaq asmağa başlayır. O, deyir: “Bəndələrin gördükləri işlər Allahın istəyi ilədir. İnsanın heç bir ixtiyarı yoxdur. Qiyamət günü şeytan atəşdə yanacaqdır. Bəs əgər şeytan atəşdən yaranıbdırsa, atəş həmcisinə əzab verməz.
Bundan başqa Allah mövcuddur, ancaq Onu görmək olmur. Halbuki, bu yalandır və hər bir mövcudu görmək olur”.
Bu zaman Bəhlul yerdən bir daş parçası götürür və xətibə atır. Xətibin başı yarılır və qan axmağa başlayır. Bəhlul qaçır və xətib də buna görə xəlifənin yanına gedib, Bəhluldan şikayət edir.
Xəlifə əmr edir ki, Bəhlulu gətirsinlər və Bəhlul gələn zaman ona deyir ki, niyə belə etmisən? Bəhlul cavab verir: “Səbəbini özündən soruşun. O, deyir ki, bəndələrin ixtiyarı yoxdur və bütün işlər Allahın əlindədir. Əgər onun etiqadı belədirsə, ona görə onun başını Allah yarmışdır və mənim təqsirim yoxdur.
O, deyir ki, bir cins öz cinsi ilə eyni olandan təsirlənməz və əzab görməz. O zaman ki, insan torpaqdandır, niyə özü ilə eyni cinsdən olandan (daşdan) təsirlənsin?
O, bu fikirdədir ki, gərək hər bir şey gözə görünsün. Xəlifə ondan soruşsun görək bu yaraya görə çəkdiyi ağrını görə bilirmi?”.
Bunları deyir və xəlifənin yanından çıxıb gedir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031