Varlı kasıb, kasıb isə varlı olur – ibrətamiz əhvalat
Mьəllif: admin1
Tarix: 11-03-2017, 21:19
Varlı kasıb, kasıb isə varlı olur – ibrətamiz əhvalat
Muhəddis Cəzayiri “Zəhri-rəbih” kitabında nəql edir: “Bir gün bir qadın əri ilə yemək yeyirdi. Yeməkləri toyuq idi. Bir dilənçi qapılarına gəlib yemək istəyir və kişi ona heç bir şey verməyib, qapısından əliboş geri qaytarır.
Bu kişi giriftar olur və əlində olanların hamısını itirir və bütün mal-dövlətini əldən verir. Arvadı da ondan boşanır və başqa bir kişi ilə evlənir. Bir gün qadın yenə də əri ilə yemək yeyirdi və yeməkləri də toyuq idi. Bir dilənçi qapıya gəlir və onlardan yemək istəyir. Əri arvadına deyir ki, bu ətdən apar və bir qədərini dilənçiyə ver. Qadın yeməkdən götürüb dilənçinin yanına gedir və görür ki, bu dilənçi ona tanış gəlir. Diqqətlə baxanda görür ki, bu, birinci əridir. Onun bu hala düşməsi qadını qəmgin edir və göz yaşı tökür. İkinci əri ağlamağının səbəbini soruşur və qadın deyir ki, bu dilənçi onun birinci əri olmuşdur. Bir gün onunla yemək yeyən zaman bir dilənçi gəlmişdi və əri də onu yeməkdən məhrum etmişdi.
Kişi təəccüblü halda deyir: “Allah şahiddir ki, həmin dilənçi də mən idim. Ümidsizliyin acılığını bildiyim üçün istəmədim ki, heç kəs qapımdan məhrum qayıtmasın”.
Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, nemətlər sizə çatar bir qədər şükür etməklə elə iş görməyin ki, sonaçatsın və sizdən rədd edilsin”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031