Həzrət Məhəmməd (s): “Yoxsullar Allahın dostlarıdır”
Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurmuşdur:
“Yoxsulluq mənim fəxrimdir və onunla iftixar edirəm.” [1] “Yoxsullar Allahın dostlarıdır.“[2] “İlahi! Məni möhtac saxla, möhtac öldür və möhtacların sırasında qəbirdən qaldır.” [3] Həzrət İmam Əli (ə) buyurub: “Yoxsulluq möminə atın üzündəki bəzəkdən daha çox yaraşandır.” [4] Həzrət İmam Sadiq (ə) buyurub: “Müsibətlər Allah tərəfindən olan hədiyyələrdir və yoxsulluq Allahın xəzinəsində saxlanılır, və onu hər kəsə vermir.” [5] [1] Biharul-Ənvar, c. 72, səh. 55, hədis 85 [2] əl-Firdous, c. 3, səh. 157, hədis 4424 [3] Kənzul-Ummal , hədis 16669 [4] əl-Kafi, c. 2, səh. 265, hədis 22 [5] əl-Kafi, c. 2, səh. 260, hədis 2 (ahliman.info) Oxşar xəbərlər
|