Zülqərneynlə İmam Əlinin (ə) müqayisəsi
Mьəllif: admin1
Tarix: 12-03-2017, 22:19
Zülqərneynlə İmam Əlinin (ə) müqayisəsi
Əmirəl-möminin (ə) minbərdə olan zaman İbni Kəvva qarşısında dayanır və Həzrətdən (ə) soruşur: “Mənə Zülqərneyndən xəbər verin ki, peyğəmbər idi, yoxsa sultan?”.
Həzrət (ə) buyurur: “Zülqərneyn nə peyğəmbər idi və nə də sultan. O, elə bir bəndə idi ki, Allah Təalanı sevirdi və Allah da onu sevirdi. Allah üçün xeyirxahlıq edərdi və Allah da ona xeyirxahlıq edərdi. Ona Zülqərneyn deyilməyinin sirri budur ki, o, öz qövmünü Allah Təalaya tərəf dəvət edir. Ancaq onlar başına vurub, onu yarırlar. Ona görə də bir müddət onlardan qaib olur. Sonra yenə yanlarına gəlir və onları yenə dəvət edir. Onlar bu dəfə başının o biri tərəfinə vururlar və onu şikəst edirlər.
Həzrət (ə) sonda buyurur: Sizin də aranızda onun kimisi vardır”.
Həzrət Əli (ə) bu kəlamı ilə özünə işarə edir. Çünki İmama (ə) da iki dəfə zərbə dəyir. Biri xəndəq döyüşündə Əmr ibni Əbdəvəd İmamın (ə) mübarək başına zərbə vurmuşdu. İkinci zərbəni isə məlun İbni Mülcəm Ramazan ayının 19-u gecəsində Həzrətə (ə) vuracaqdı.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031