Həvva Adəmin (ə) qabırğasından yaradılmışdırmı?
Mьəllif: admin1
Tarix: 18-02-2024, 10:36
Həvva Adəmin (ə) qabırğasından yaradılmışdırmı?
Zərarə nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum: “Bizim aramızda elə insanlar vardır ki, deyirlər Allah Təala HəvvanıAdəmin sol qabırğasından yaratmışdır. Bu söz düzdürmü?”.

Həzrət (ə) buyurur: “Allah bu sözdən daha pakdır. Bu sözü deyən belə etiqaddadır ki, Allah Adəmin həyat yoldaşını qabırğadan qeyrisindən xəlq edə bilməzdi?

Bu sözü deyənlər öz kəlamları ilə şeytan əhli üçün yolu hamarlamışdılar. Bu sözləri ilə demək istəyirlər ki, Adəmin (ə) bir hissəsi başqa bir hissəsi ilə evlənmişdir. Allah bizimlə onlar arasında hökm etsin.

Allah Təala o zaman ki, Adəmi gildən xəlq edir, mələklərə əmr edir ki, ona səcdə etsinlər. Onlar da itaət edib səcdə edirlər. Yuxu ona qalib gəlir.

Bu zaman başqa insanı xəlq edir və onu Adəmin (ə) iki qılçası arasında qərar verir. Bu yolla təqdir edir ki, qadınlar kişilərə tabe olsunlar.

Həvva hərəkət etməyə başlayır və onun hərəkətindən Adəm yuxudan ayılır. Bu zaman Həvvaya nida gəlir ki, Adəmdən uzaq olsun.

Adəmin nəzəri ona dəyir və özünə bənzəyən gözəl bir insan görür. Ancaq bir fərqlə ki, o qadın idi, Adəm kişi. Onunla danışır. Həvva da eyni dildə ona cavablar verir.

Adəm deyir: “Sən kimsən?”.

Həvva deyir: “Xəlq olunmuşlardanam ki, Allah Təala məni gördüyün bu qiyafədə xəlq etmişdir”.

Adəm Allah Təalaya ərz edir: “Allahım, xəlq etdiyin bu xoş görünüşlü insan kimdir?”.

Allah Təala buyurur: “Bu, mənim kənizim Həvvadır. İstəyirsənmi ki, səninlə olub, munisin olsun? Səninlə danışıb əmrlərinə itaət etsin?”.

Adəm deyir: “Bəli, istəyirəm və o zamana qədər ki, varam, bu nemətə görə Sənin şükrünü yerinə yetirəcəyəm”.

Allah Təala buyurur: “Onu məndən istə, çünki mənim kənizimdir”.

Adəm deyir: “Əgər onu səndən istəsəm, Səni razı salacaq şey nədir?”.

Allah Təala buyurur: “Budur ki, Mənim əhkamımı ona təlim verəsən”.

Adəm deyir: “Əgər buna razısansa, belə edəcəyəm”.

Allah Təala buyurur: “Elə bunu istəyirəm və onu sənin həyat yoldaşın qərar verirəm”.

Adəm Həvvaya deyir: “Yanıma gəl”.

Həvva deyir: “Bəlkə sən gələsən”.

Allah Təala Adəmə əmr edir ki, sən onun yanına get. Əgər Allah Adəmə belə bir əmr verməsəydi, gərək qadınlar kişilərə tərəf gedib, elçilik edəydilər. Budur Həvva ilə Adəmin əhvalatı”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930