Əxlaq ustadının xalis əməl haqda maraqlı xatirəsi
Mьəllif: admin1
Tarix: 14-03-2022, 12:59
Əxlaq ustadının xalis əməl haqda maraqlı xatirəsi
Tanınmış xətib, əxlaq ustadı höccətül-islam Möhsün Qiraəti xatirələrinin birində deyir:

“Bir dəfə ziyarət üçün Müqəddəs Məşhəd şəhərinə getmişdim. İmam Rza(ə) ilə öz aramda belə bir əhd bağladım ki, bir il gənclərə və müxtəlif ictimaiyyət nümayəndələrinə dərsi havayı keçəcəyəm. Bunun qarşılığında İmam Rzadan(ə) istədim ki, Allahdan diləsin ki, əməllərimin ixlaslı olmasında məni müvəffəq etsin.

Qayıtdım. Tədrislə məşğul oldum. İl keçməkdə idi. Bir gün dərsdən sonra hazır olan cəmiyyətlə birgə dərsdən çıxırdım. Ətrafda insanlar var idi. Bir tələbə qarşımda gedir, bəzən də arxaya baxırdı. Məni görsə də qarşımda gedirdi. Öz-özümə dedim: Niyə belə edirsən? Ya qabaqda çıx get ya da məni qabağa keçməyə dəvət et!

Birdən İmam Rzanın(ə) hərəmində verdiyim öhdəlik və vədə yadıma düşdü. Anladım ki, burada əməlim ixlaslı olmayıb. Narahat oldum. Öz özümdə dedim: Görürsən Quran Allahın övliyalarının sifətləri haqda deyir: “Biz sizdən (əməllərin qarşılığında) əcr və təşəkkür istəmirik”. Bax görürsən?! Mən havayı iş görsəm də onlardan mənə hörmət etmələrini gözləyirdim və təvəqqe edirdim.

Mən daha sonra ayətullah Mirza Cavad Ağanın yanına getmişdim. Bu məsələni ona danışdım və ondan bir həll yolu istədim. Demişdim ki, gördüm o qoca kişi başladı ağlamağa. Narahat oldum ki, niyə mən ona belə əziyyət edirəm. Mən Ağadan üzr istədim və belə ağlamağın səbəbini soruşdum.
O dedi:

“Get İmam Rzanın(ə) hərəminə və imama təşəkkür elə! Təşəkkür elə ona görə ki, anlamısan ki, müşriksən və ixlaslı deyilsən. Mən də (ağlayıram) ki, özümə görə ağlayıram. Bu ağ saqqalımla ömrümün sonunda 90 yaşımda qorxuram ki, müşrik olam, amma bunu bilməyəm”

(Mənbə: Höccətül-islam vəl-Müslimin Möhsün Qiraətinin xatirələri, cild-1, səh-45)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031