Həzrət İbrahim (ə) niyə salehlərə qovuşmasını arzu edirdi?
Qurani-Kərimdə Həzrət İbrahimin (ə) etdiyi dualara rast gəlmək olur ki, onlardan biri də belədir: «Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salehlərə qovuşdur».
«Mənə gələcək nəsillər arasında gözəl bir ad, xatirə, doğru danışan bir dil və (mənə) haqqa doğru bir dəvət edən ver». «Məni nemətlərlə dolu olan cənnətin varislərindən et». (“Şuəra” 83-85). Həzrət İbrahim (ə) peyğəmbər olmasına baxmayaraq, niyə yenə də Allahdan salehlərə qovuşmasını və elmi arzu edir? Cavabında deyə bilərik ki, hikmət və ləyaqətin mərtəbələri və dərəcələri vardır. Həzrət İbrahim (ə) onların bəzisinə malik olmuşdur. Ancaq Allahdan onun ən ali olanını arzu edir. Yəni, həm nəzəri və həm də elmi hikmətin ən ali dərəcəsinə çatmaq istəyir. Ona görə ki, bu kamal yolunda büdrəməsin. Necə ki, müsəlmanlar hər gün namazlarında Allahdan Siratül-müstəqim yolunda qərar tutmaqlarını istəyirlər, halbuki həmin yolda qərar tuturlar. Belə bir ehtimal da verilir ki, Həzrət İbrahimin (ə) bu duası təvazökarlığının nişanəsi olmuşdur ki, onu salehlərin cərgəsinə qovuşdursun. İmam Əli (ə) buyurur: “Allah o kəs üçün ki, insanların arasında yaxşı xatirə və gözəl ad qərar verər, (bu xatirə və ad) həm özünün istifadə etdiyi və həm də özündən sonra miras qoyduğu çoxlu [code]sərvətdən daha üstün və daha yaxşıdır”. Bu ayədə də Həzrət İbrahim (ə) istəyir ki, ondan sonra adı xatirələrdə qalsın və silinməsin. Allah Təala onu sonrakı millətlər üçün örnək qərar versin. Düşmənləri də onun adını unutdura bilməsinlər. Hədislərin bəzisində oxuyuruq ki, bu ayədə adı çəkilən doğru danışan dil – Həzrət Muhəmməd (s) və onun pak Əhli-Beytidir (ə), xüsusilə də İmam Əlidir (ə). Hər kəs yaxşı bilir ki, behişt asanlıqla əldə olunmur. Həzrət Peyğəmbər (s) bu duası ilə axirəti yada salıb, insanlara Qiyamətin hadisələrini xatırlatmağa çalışmışdır. Mübarək ayədən çıxartdığımız nəticələr: 1. Dua edən zaman həm indiki və həm də gələcək zamanı nəzərə alaq, axirəti yada salaq. 2. Hikmət və xeyir işlər ardınca olaq. 3. Allahdan, bizdən sonra gözəl adımızın qalmasını arzu edək. 4. Özümüzün və ailəmizin axirətini yada salaq və Qiyamət günündən qorxaq. /Deyerler.org/ Oxşar xəbərlər
|