Gecə namazının savabı niyə gizli qalır?
“(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər”. (“Səcdə” 16).
İmam Baqir (ə) və İmam Sadiqdən (ə) gələn təfsirə görə: “Bu ayədə adı çəkilən möminlər – gecə namazı qılanlardırlar. Gecə namazını iqamə etmək üçün isti yataqlarından qalxarlar”. Allah Təala sonrakı ayədə buyurur: “Etdikləri işlərin mükafatı olaraq, onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”. (“Səcdə” 17). İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Elə bir yaxşı iş yoxdur ki, mükafatı Quranda bəyan olmamış olsun. Məgər gecə namazı ki, Allah onun əzəmətinə görə savabını açıqlamamışdır”. Bəs nə üçün bu savabı gizlidir? 1. Dəyərli və əzəmətli işlər belədir ki, həqiqətlərini sadəliklə dərk etmək olmur. Onların savabını gizlətmək də həvəsləndirmək niyyətilədir. 2. Gözün aydınlanması o qədər böyükdür ki, insan biliyi onun hamısını dərk etməkdə gücsüzdür. 3. Gecə namazı insanların gözündən uzaqda və gizli şəkildə yerinə yetirilər. Ona görə də mükafatı da gözlərdən uzaqdadır. Məaz ibni Cəbəl nəql edir: “Bir gün Peyğəmbər (s) mənə buyurdu: “Əgər xeyir yollarını sənə nişan verməyimi istəyirsənsə, (bu yollardan biri) insanın gecənin qəlbində ayağa qalxaraq Allah rizasını qazanmaq ardınca olmasıdır”. Gecə namazının dünya və axirət savabları. Həzrət Peyğəmbərin (s) kəlamlarından belə nəticəyə gəlmək olur ki, gecə namazı: 1. Allaha yaxınlaşmaqdır. 2. Günahları aradan aparmaqdır. 3. Günahdan saxlayandır. 4. Bədən ağrısını dəf edəndir. 5. Hər kim gecə namazı qılar, siması gündüz gözəl (nurani) olar. 6. Gündəlik ruzisi zəmanət olunar. 7. Qəmi aradan aparar. 8. Gözlərə cila verər. 9. Üzü gözəlləşdirər. 10. Mükafatı behiştdir. /Deyerler.org/ Oxşar xəbərlər
|