Həyatdan gözəl və ölümdən pis olan nədir?
Mьəllif: admin1
Tarix: 16-03-2017, 12:05
Həyatdan gözəl və ölümdən pis olan nədir?
İslam dininin təlimatına əsasən insan bu dünyanın mal-mülkünə bağlı olmamalı eyni zamanda həyatın və yaşayışın zəruri amillərini təmin edən imkanlara da sahib olmalıdır. O bu həyatı müvəqqəti və axirət üçün əkin sahəsi hesab etməlidir. Özü naçar qalacaq qədər infaq etməməli və israfa da yol verməməlidir.

Quran təlimatına əsasən o, o qədər Allahdan qorxmamalıdır ki ümidini onun rəhmətindən kəssin və ya o dərəcədə ümidvar olmamalıdır ki, özünü günahlara sövq etdirsin.

Hətta ibadətdə belə orta yoldan çıxmamalı, səsini nə çox ucaltmalı, nə də çox alçaqdan ibadət etməlidir. Yəni islam ifratdan uzaq olduğu kimi təfritdən və səhlənkarlıqdan da uzaqdır.

İnsanın ölümə və həyata baxışı de belə olmalıdır.

İmam Həsən Əsgəri buyurub:

“Həyatdan gözəl odur ki bir şeyi itirəndə bu həyata nifrət edəsən, Ölümdən pisi isə odur ki, sənə bir bəla baş verəndə ölüm arzulayasan”
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031