Qurani-Kərimdə əməllərdən sorğu-sual olunması necə təsvirə çəkilir?
Qadir Allah “Rəhman” surəsinin 39-cu ayəsində buyurur:
فَیَوْمَیِذ لایُسْیَلُ عَنْ ذَنْبِهِ اِنْسٌ وَ لا جَانٌّ “Həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır.” Amma “Hicr” surəsinin 92-ci ayəsində Allah-Taala buyurur: فَوَ رَبِّکَ لَنَسْیَلَنَّهُمْ اَجْمَعِینَ “Rəbbinə and olsun ki, şübhəsiz onların hamısını sorğu-suala tutacağıq.” Xülasə olaraq bu iki qrup ayələri bir şəkildə cavablandırmaq olar. Qiyamət günü olduqca uzun bir gündür. İnsan çox sayda dayanacaq və keçidlərdən keçməlidir. Hər dayanacaqda bir müddət durmalıdır. Bəzi hədislərə görə bu dayanacaqların sayı 50 dayanacaqdır. Onların bəzisində əsla sorğu-sual olunmur. İnsanların simaları onların daxilindən xəbər verir. Bəzi dayacaqlarda isə insanlar bəhs, müzakirə, mübahisə və özlərini müdafiə edəcəklər. Xülasə desək, hər duracağın özünəməxsus şəraiti var. Onların hər biri digərindən daha qorxuludur. Həmçinin oradakı sualları iki qismə bölmək olar: Tədqiqat xarakterli sual, tənbeh xarakterli sual. Qiyamətdə tədqiqat üçün sorğu-suala ehtiyac yoxdur. Çünki hər şey göz qabağındadır və ifşaya ehtiyac duyulmur. Orada ancaq tənbeh və məzəmmət üçün sorğu-sual olacaqdır. Bu, günahkarlar və cinayətkarlar üçün bir növ mənəvi əzabdır. Bu eynilə atanın öz nankor övladını “Sənin üçün bu qədər zəhmət çəkməmişdimmi? Bu qədər zəhmətin cavabı bu idimi?” deyərək sorğuya çəkməsi kimidir. Burada ata və oğul, hər ikisi baş verənlərdən xəbərdardır. Sorğu-sual yalnız məzəmmət üçündür. (“Nümunə təfsiri”, cild 2, səh. 302.) Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı Oxşar xəbərlər
|