Novruz bayramında qəlblərimizi də təmizləməyi unutmayaq
Mьəllif: admin1
Tarix: 21-03-2023, 09:45
Novruz bayramında qəlblərimizi də təmizləməyi unutmayaq
Bayramqabağı bütün evlərdə təmizlik işləri aparılır və hamı istəyir ki, baharı yeni təravət və yeni ab-hava ilə qarşılasın. Hər yerdə təmizlik və nəzafət hökm sürsün. Bəs qəlblərimizin təmizliyinə diqqət edirikmi?

Necə də yaxşı olardı ki, evimizin təmizliyinə diqqət etdiyimiz kimi, qəlb evimizin də paklanmasına diqqət edək. Onu hər cür şirkdən, kindən, küdurətdən təmizləyək.

Bu gün əxlaq alimləri buyurur ki, əgər gözəl əxlaqa malik olmaq istəyirsənsə, gərək ilk olaraq qəlb evini təmizləyəsən. İlk təmizlik, sonra əxlaq.

İnsan o zaman ki, evindəki əşyaların çirkli olduğunu görür – onları yuyub-təmizləmək istəyir. Eləcə də insan gərək qəlb evində olan çirki və pislikləri görə bilsin. Əgər görərsə, o zaman onları təmizləməyə çalışacaqdır.

İnsan əgər nəfsini tərbiyə etmək istəyirsə, gərək ilk olaraq özünü eyiblərdən təmizləsin. Bəziləri çox rahat yalan danışırlar, qeybət edirlər, insanları sancırlar və sonra da deyirlər ki, mənim heç bir eybim yoxdur.

O kəs ki, nəfsini tərbiyə etməyə qalxar, o, mütləq öz eyiblərini görməyə çalışacaqdır. İnsan əgər eyiblərinə diqqət edərsə, Allah ona bu eyibləri görməkdə yardım edər. Hədislərin birində oxuyuruq ki, hər kimi Allah sevsə, ona eyiblərini nişan verər ki, onları aradan qaldırsın.

Ona görə deyə bilərik ki, qəlb evinin təmizliyi nə qədər də mühüm bir əməldir. Çox təəssüf ki, evimizdə olan çirki görə bilirik, ancaq qəlbimizdə olanları görə bilmirik.

Evimizi təmizlədikdən sonra, ondan ləzzət alırıq. Əgər qəlbimizi də bu cür təmizləsək və eyiblərini aradan aparsaq, ruhumuz da ondan ləzzət alacaqdır. Hər kim bizimlə rastlaşsa, deyəcəkdir ki, necə də pak və saf insandır.

Necə ki, evimizin hər yeri üçün müəyyən təmizləyicilər vardır, qəlb eyiblərinin təmizliyi üçün də hər birinə məxsus dərmanlar vardır. Bu dərmanlardan biri də pis dostlarla yoldaş olmaqdan çəkinməkdir.

Televizoru bir təmizləyici ilə təmizləyiriq, xalçanı başqa.

Eləcə də simicliyin əlacı – zəkatdır, infaqdır. Qafilliyin əlacı – təzəkkürdür və Allahı yada salmaqdır. Hər kim günah əhlidir, gərək səcdələrinin zamanını uzun etsin.

Xəstə qəlblərin dəvası – Qurandır.

Hər bir halda bayram günlərində evin təmizliyinə diqqət etdiyimiz kimi, gərək qəlbimizin, ruhumuzun da təmizliyinə və paklığına diqqət edək.

Çünki cismimiz kimi, ruhumuz da təmizlənməyə ehtiyac duyur.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031