Həzrət Məsumənin (ə) hərəminin xadiminin şəfa tapması
Mьəllif: admin1
Tarix: 23-03-2017, 09:24
Həzrət Məsumənin (ə) hərəminin xadiminin şəfa tapması
Məni yuxu tutdu. Yuxuda gördüm ki, çox əzəmətli bir xanım gəlib mənə yaxınlaşdı
Yazılan bu kəramət mütəvatir şəkildə nəql olunmuşdur.

(Qeyd edək ki, mütəvatir xəbər üçün çoxlu təriflər verilmişdir. Ancaq ən düzgünü budur: “Sayca çox olan və etimadlı olduqları üçün qəsdən yalan söyləmək üçün birləşməyən və yaxud söylədikləri xəbərin mövzusu yalan söyləmək üçün vadar edici olmadığı halda insanların söylədikləri xəbər mütəvatir adlanır”. Ayətullah əl-üzma Cəfər Subhani, “Usulul-hədis və əhkəmihi fi ilmid-dirayə”).

Həzrət Fatimə Məsumənin (ə) hərəminin xadimlərindən biri olan Mirzə Əsədullah xəstəliyə düçar olduğu üçün ayaq barmaqlarında qaralma başlayır. Cərrahlar belə yekdil nəticəyə gəlirlər ki, xəstəliyin daha yuxarı hissələrə keçməsinin qarşısını almaq üçün onun ayağını kəsmək lazımdır. Həmin günün səhərisi onun ayağında cərrahiyyə əməliyyatı aparmaq üçün hazırlaşırlar. Mirzə Əsədullah deyir: - İndi ki, belədir, onda məni bu gecə Musa ibn Cəfərin qızının hərəminə aparın. Onu hərəmə aparırlar.
Gecə hərəmin qapıları bağlanır (bir neçə il bundan öncəyə qədər gecələr sübh namazından bir az qabağa kimi hərəmin qapısı bağlı olurdu). Xadimlər qapıları bağlayır, Mirzə Əsədullah isə zərihin yanında qalır və ayağının ağrısından nələ edir, zarıyır.
Səhərə yaxın birdən xadimlər Mirzənin səsini eşidirlər. O qışqırıb deyirdi: - Qapını açın, həzrət mənə şəfa verdi!
Xadimlər qapını açırlar və onu sevinc içərisində görürlər.
Mirzə deyir: - Məni yuxu tutdu. Yuxuda gördüm ki, çox əzəmətli bir xanım gəlib mənə yaxınlaşdı və dedi: - Sənə nə olub? Dedim ki, bu xəstəlik məni əldən salıb. Allahdan istəyirəm ki, ya dərdimə şəfa versin, ya da məni öldürsün.
O əzəmətli xanım məqnəsinin bir ucunu mənim ayağıma çəkərək buyurdu: - Sənə şəfa verdik.
Dedim: - Sən kimsən?
Buyurdu: - Məni tanımırsan?! Halbuki, mənə xidmət edirsən. Mən, Musa ibn Cəfərin qızı Fatiməyəm.
Mirzə Əsədullah yuxudan ayıldıqdan sonra orada bir az pambıq görmüşdü. O pambığı götürmüşdü və hər xəstəyə cüzi miqdarda ondan verirdi. Xəstə onu ağrıyan yerinə çəkirdi və şəfa tapırdı.
Mirzə Əsədullah deyir: - Həmin pambıq bizim evimizdə idi. Lakin sel gəldi və evimizi uçurdu. Pambıq da o zaman itdi və bir daha tapılmadı.

Qaynaq: Məhəmməd Əli Qumu, “Ənvarul-Muşəşəin”, səh. 216.
Hazırladı: Seyid Zahir

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031