Şəhidin öz anasına təbərrük hədiyyəsi
Mьəllif: admin1
Tarix: 23-03-2017, 21:04
Şəhidin öz anasına təbərrük hədiyyəsi
Oğlu Muhəmmədin şəhadətindən iki il keçmişdi. Ananın ayaqları sınmışdı və ona görə də evdən bayıra çıxa bilmirdi. Məhərrəm ayı idi, ancaq ana məscidə gedib yardım edə bilmirdi. Məhərrəm ayının 8-də ana taqət gətirmədi və böyük çətinliklə məscidə gəlib, şam yeməyi üçün göyərtini təmizləməkdə yardım etdi.
Sabahısı günü də onun kimi.
Aşura gecəsi idi və ana məscidin bir küncündə əyləşmişdi. Ananın ürəyi sızlayırdı və üzünü İmam Hüseynə (ə) tutub təvəssül etdi: “Ey İmam Hüseyn! Əgər mənim bu əzadarlığım sizin tərəfinizdən qəbul olursa, mənim bu ayağıma şəfa verin. Sabahısı günü burada işləmək üçün gələndə, heç kəsdən yardım almayım. Ağa, əgər ayağım yaxşılaşarsa, mətbəxə gedib, bütün qazanları özüm yuyacağam”. (Həvzəh)
Ana evinə qayıtdı və yatdı. Səhər olanda gördü ki, ayaqları yenə də yaxşılaşmamışdır. Ağa (ə) ilə dərdləşdiyi halda yuxu onu apardı. Bərəkətli bir yuxu gördü.
Ana yuxuda görür ki, Həzrət Məhdi (ə) məscidindədir. İnsanların çox olduğu bir məsciddir. Bir nəfər deyir: “Yardım etmək üçün kimsə gəlsin”. Ana məscidin qapısına tərəf gedir və görür ki, bir dəstə əzadar irəli gəlir. Cavanlar dəstəsi üç-üç gəlir və mərsiyə oxuyub, sinə vururdular.
Növhə deyənləri isə şəhid Səyid Ali-Taha idi. Bu dəstənin qarşısında hərəkət edirdi. Ana təəccüblənib öz-özünə dedi: “Səyid ki, şəhid olmuşdur, bəs burada nə edir?”. Ana diqqət edir ki, bu əzadar dəstəsi adi insanlar deyildir, şəhidlərdir. Ana qadınlar olan tərəfə getdi və əzadarlıq etməyə başladı. Oğlu Muhəmməd də şəhidlərin dəstəsində idi və əzadarlıq bitəndən sonra dəstədən ayrıldı və anasına tərəf gəldi. Əlini anasının boynuna atıb, onu öpdü. Anası da onu öpüb dedi: “Muhəmməd, uzun zamandır ki, səni görmürəm”.
Muhəmməd dedi: “Anacan, şəhid olandan sonra böyümüşəm. Orada başım çox qarışıqdır”.
Şəhid Həsən Azadi da dəstədən ayrıldı. Ananın yanına gəlib dedi: “Hacıxanım, Allah qorusun. Nə isə olubdur?”.
Muhəmməd dedi: “Anamın bir şeyi yoxdur. Anacan bunlar nədir ki, ayağına bağlamısan?”.
Ana dedi: “Neçə gündür ki, yerə yıxılmışam və ayağım ağrıyır. İnşəallah yaxşı olacaqdır”. Muhəmməd dedi: “Ana, bir neçə gün əvvəl Kərbəlaya getmişdik. Mən sizin üçün bir yaşıl parça gətirmişəm. İstəyirdim ki, sizi görməyə gəlim. Azadi dedi ki, səbir et, birlikdə gedək. Bu gün əvvəl Rəhmətlik İmamın (r) ziyarətinə getdim. İndi də sizi görməyə gəlmişəm”.
Muhəmməd həmin yaşıl parçanı ananın üzündən ayağına qədər çəkdi və sonra əyləşib, ananın ayağına bağladıqları sarğıları açdı. Bu yaşıl parçanı oraya bağladı. Anaya dedi: “Ayağın yaxşı oldumu? İndi də gedin qazanları yuyun”.
Ana yuxudan ayıldı, əyləşdi. Havada qəribə bir ətir var idi. Ayağına nəzər saldı və oğlunun bağladığı yaşıl parçanı gördü ki, ondan hər tərəfə ətir yayılırdı…

/Deyerler.org/

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930