İki günaha şamil olan haqqun-nas
Mьəllif: admin1
Tarix: 27-11-2019, 12:29
İki günaha şamil olan haqqun-nas
İnsanların abırını aradan aparmaq, şəxsiyyətlərini ləkəmək, xəyanət etmək – bütün bunlar haqqun-nasdır. Əgər insan həyatda olan zaman haqqun-nası aradan qaldıra bilməzsə, onu pis aqibət gözləyər.

Çox təəssüf ki, bugünkü mətbuat vasitəsiləri olan qəzetlər, internet saytları töhmət və qeybət vasitələrinə çevrilmişdir. Elə mövzuları dərc edirlər ki, özləri də onun töhmət olduğunu yaxşı bilirlər. Ancaq gözləyirlər ki, kimsə onları inkar etsin. Lakin yaddan çıxardırlar ki, artıq həmin şəxsin abrını aradan aparıblar və şəxsiyyətini ləkələyiblər.

O kəs ki, töhmət vurar – onun günahı böyük olar. O kəslər ki, bu töhməti eşidirlər və onunla razılaşırlar, onlar da günahkar olurlar.

Bu mövzu o qədər əhəmiyyətlidir ki, dörd Məsum İmam (ə) onun haqqında danışmış və onu aşkar zülm adlandırmışdılar.

İmam Hüseyn (ə) Aşura günü bütün səhabələri şəhid olandan sonra övladına son vəsiyyətini edir və buyurur: “Ey övladım! Allahdan başqa yavəri olmayan insana zülm etməkdən çəkin”.

İmamın (ə) bu nurani kəlamı öz dövrünə aid deyildi, əslində bütün zamanlara şamil edilir. Yəni, o layiqli insanlar ki, bir başqaları tərəfindən töhmətə məruz qalırlar və onları heç kəs müdafiə etmir – bu, aşkar zülmdür.

Töhmət – yalanın ən pis formasıdır. Yəni, töhmət iki günaha şamil olar: biri yalan, biri də qeybət. Yəni mömin, qardaşının olmadığı zamanlarda elə söz deyər ki, həm onun abrını aradan aparar və həm də dedikləri yalan olar.

Bu gün cəmiyyətdə haqla batil yerini dəyişməkdədir. Ona görə də hər bir mömin ayıq olub, hər eşitdikləri və oxuduqları ilə razılaşmamalıdır. Həmin şəxsi ittiham etməməlidir. Çalışmalıdır ki, məzlumun yanında olsun və onu müdafiə etsin.

İmam Sadiq (ə) buyurur: “Nə zaman mömin, mömin qardaşını ittiham edər və ona töhmət vurar – imanı qəlbində məhv olar. Necə ki, duz suda əriyər”. O zaman ki, möminin imanı əriyər, artıq o, mömin sayılmaz. Yeri cəhənnəm olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim imanlı kişi və ya qadına töhmət vurarsa və ya bir şey deyərsə ki, onda yoxdur – Allah Qiyamət günü onu atəşli telin üzərində qərar verər ki, dediklərindən geri dönsün”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930